Özünü haqlı çıxarmaq xəstəliyi

Şeytanın gizli dilindən istifadə edilərək deyilən sözlər, səmimi müsəlmanların görəcəyi

Şeytanın gizli dilindən istifadə edilərək deyilən sözlər, səmimi müsəlmanların görəcəyi əlamətlərlə doludur. Bu insanlar danışıqlarında, həmişə başqalarının səhvlərini gündəmə gətirərlər. Bu üsuldan istifadə edərək pis əxlaqlarını gizlətməyə çalışarlar. Şeytani dildən istifadə edən bu insanlar, öz əxlaqlarının tənqid olunduğu bir mühitdə mövzunu hədəflədikləri digər şəxslərə yönləndirərək diqqəti üzərlərindən uzaqlaşdırmaq istəyərlər.

Bu yolla qarışıqlıq yaratmağa və özləriylə əlaqədar mövzunu unutdurmağa çalışarlar. Məqsəd hər zaman eynidir; haqlı çıxmaq… “Öz ağıllarınca əgər mövzu planladıqları kimi istədikləri yerdə kəsilsə və diqqət digər insana yönəlsə, bir də o insanla əlaqədar söylədikləri şey həqiqətən də yerinə düşsə bu zaman mövzunun istiqaməti dəyişəcək. Öz mövzusu unudulacaq və haqlı çıxmış olacaq…”

Bu məqsədlə ətrafındakı hadisələrə qarşı (daha sonra bu cür vəziyyətlərlə qarşılaşdıqları zaman istifadə etmək üçün) çox diqqətli analiz etmə ehtiyacı duyarlar. Lakin bu xoşniyyətli analiz deyil, hiyləgər araşdırmadır. Kimlərin nə vaxt, nə cür səhvlər etdikləri, bunlara necə reaksiyalar verdikləri, səhvləri qarşısında nələr deyildiyi kimi, bir çox təfsilatı səmimiyyətsizcə yadda saxlayarlar. Vaxtı gəldikdə topladıqları bütün bu dəlilləri hiyləgərcə ortaya atıb öz yanlış düşüncələrinə görə ədalət təmin etmiş olacaqlar.

Halbuki Allahın ədaləti insanlar üzərində ən gözəl şəkildə təcəlli edər. Səmimi iman sahibləri Allahın rəhmətiylə qarşılıq görərkən, səmimiyyətsiz düşüncələrlə hiyləgər oyunlar oynayan bu insanlar isə layiq olduqları qarşılığı, həm dünyada, həm də axirətdə ən ədalətli şəkildə alarlar. Bu insanların özlərini başqaları ilə müqayisə etməklə, onların səhvlərini gündəmə gətirməklə etməyə çalışdıqları, təkcə “şeytani ədalət təmin etmək” olar. Çünki bununla əsil hədəfləri şeytanın yanlış ədalət anlayışı “layiq olmadıqları haqlılıq və üstünlük əldə edə bilməkdir” ki; bu da heç vaxt müvəffəqiyyətə nail ola bilməyəcəkləri boş səydir. Bu da eynilə şeytanın aldığı qarşılıq kimi Allahın ədalətiylə qarşılıq tapar.

Hər insan öz etdiklərindən məsuldur. İnsanın başqalarını mühakimə etməsi, özü ilə müqayisə etməsi axirətdəki mövqeyi baxımından ona heç bir qazanc təmin etməz. Allah; “və yenə xeyr; özünü qınayan nəfsə də and içirəm” (Qiyamət surəsi, 2) ayəsiylə özünü qınamağı bacara bilən insanlara and içmişdir. Unudulmamalıdır ki, öz nəfsini qınaya bilmək, səhv istiqamətlərini görüb qəbul edə bilmək gözəl bir müsəlman xüsusiyyətidir. İnsan təkcə bu yolla gözəl əxlaqa nail ola biləcək və təkcə bu yolla Allahın rəhmətinə qovuşa biləcək.

Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar və onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz. (Nisa surəsi, 49)