“Özündə olanı dəyişdirmək” nə deməkdir?

Allah Quranda, insanlara verdiyi neməti artırıb və ya azaltmasındakı ölçünün, həmin adamın

Allah Quranda, insanlara verdiyi neməti artırıb və ya azaltmasındakı ölçünün, həmin adamın “özündə olanı dəyişdirməsi” olduğunu bildirmişdir. Bu ayə inanan insanlara çox əhəmiyyətli bir sirri xəbər verməkdədir. Əgər bir insan, bir mövzuda həqiqətən içdən və səmimi bir dəyişiklik etsə, bu iş inşaAllah, Allah Qatında mütləq ən gözəl şəkildə qarşılıq görər. Allah, qullarındakı səmimi dəyişikliyi görən və biləndir. Və Allah, bu səmimi dəyişikliyin nəticəsinin, mütləq nemət artımı olacağını vəd etmişdir. Eyni şəkildə, insanın sahib olduğu nemətləri təqdir edə bilməyən bir əxlaq içərisində olması da, Allahın bu nemətləri azaltması ilə nəticələnə bilər. Bu da yenə Allahın Quran ilə bildirdiyi bir vədidir.

Əlbəttə ki, Allah dünya həyatını bir çox sirlə birlikdə yaratmışdır. Allah bir insanın sahib olduğu nemətləri, göstərdiyi əxlaq səbəbiylə artırıb azalda biləcəyi kimi, heç bir səbəb yox ikən, o adamın imanını sınamaq üçün də dəyişdirə bilər. Bu səbəbdən hər hansı bir nemətin artması, hər zaman üçün o adamın əxlaqındakı irəliləyiş səbəbiylə olmaya bilər. Eyni şəkildə bir nemət azalması da hər zaman üçün, adamın pis əxlaq göstərdiyinin bir dəlili deyil.

Quran ayələrində, Allahın bir insanda istədiyi ən əhəmiyyətli xüsusiyyətlərdən birinin “səmimiyyət” olduğu bildirilmişdir. Səmimiyyət, insan nə qədər qüsurlu olursa-olsun, onu doğru yola çatdıracaq, Allahın razılığını qazanmasına vəsilə olacaq çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər insan şeytani məntiqləri, nəfsinin təsirini tamamilə rədd edərək, Allaha qarşı çox səmimi, dürüst düşünsə, bir mövzuda dərhal ən doğru olanı tapa biləcək qabiliyyətdədir. Beləliklə bu mövzuda da Qurana səmimiyyətlə baxan bir insan “əsl qüsurun, göstərdiyi feili səydə deyil, öz içindəki niyyətində olduğunu” görəcək. Çünki Allahın ayədə ifadə etdiyi “dəyişiklik”, insanın içində Allaha qarşı çox səmimi bir qərar almasıdır. Allahın bəyənməyəcəyi əxlaqı göstərməməyə qəti olaraq qərar verməsidir. Və bu qərarında, hər nə olursa olsun, geri addım atmamalı, zəiflik göstərməməli və qətiyyətli bir imanda olmasıdır. Beləliklə insan öz içində belə bir qərar aldıqdan sonra, ayədə bildirildiyi kimi, “Allahın ona bağışladığı neməti də dəyişdirməsini” ümid edə bilər.