Özlərini öyənlər

Münafiqlər özünü övliya kimi göstərər

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

Münafiqlər özünü övliya kimi göstərər. Sanki boyun əzələləri tutulmuş kimi eqoistlikdən son dərəcə inadçı, özündən çox əmin, hər biri özünü ilah kimi görər. Hər biri ayrı bir dövlətdirlər, özlərini hər kəsdən ağıllı görər.

Münafiq göstərişə əhəmiyyət verdiyinə görə xalq arasında çox fəal, yalnız olarkən təmbəldir.

Hz. Əli belə demişdir:

“Münafiqin üç əlaməti vardır. Yalnız olduğunda tənbəlləşər, xalq arasında olanda çox fəal olar, təriflənəndə çox ibadət edər. Pisləndiyi zaman ibadəti azaldar!” (Kimya-yı Səadet)

İncildəki bir ayədə münafiqlər; “xaricdən gözəl görünən, içi ölü, murdarlıqla dolu ağardılmış məzarlara” bənzədilmişdir:

“Siz kənardan gözəl görünən, lakin içi ölü sümükləri və hər cür pisliklə dolu ağardılmış məzarlara bənzəyirsiniz. Kənardan insanlara dürüst görünərsiniz, lakin daxilən ikiüzlülük və murdarlıqla dolusunuz”. (Matta, 23:27-28)

Kənardan baxıldığı zaman münafiq həqiqətən gözəl və göstərişli görünə bilər. Saçlarını ən baxımlı, ən müasir, ən diqqətçəkən hala gətirər. Qadın isə ən göstərişli makiyajı edib, kişi isə idman zalında məşq edib, ən keyfiyyətli markaların paltarlarını geyib, öz aləmində ən göstərişli şəkildə danışıb özlərini ətrafındakı insanlara bəyəndirməyə çalışa bilərlər. Həmçinin bəlkə də bu, insanları Qurani meyarlarla dəyərləndirməyən kəslər üçün, həqiqətən də diqqətçəkən xüsusiyyət ola bilər. Lakin İncildə ifadə edildiyi kimi, “kənardan ehtişamlı görünən bu insanların içləri ölüdür”. Qəlbləri, sümükləri ölüdür. Kənardan göstərişli əhəng edilmiş kimi bəzənmiş amma içləri pislik ilə dolu bir məzar kimidirlər. Kənardan insanlara yaxşı və dürüst kimi görünərlər, lakin içlərində ikiüzlülük və pisliklə doludurlar. Dolayısilə ilk baxışda zahirə əhəmiyyət verən bəzi insanların rəğbətini qazandıran bu ehtişamlı vücud tamamilə aldadıcıdır. Allah münafiqi; “kənardan ehtişamlı görünən, lakin içi boş olan kötüyə” bənzətmişdir (Münafiqun surəsi, 4).