Öyüd-nəsihətə ən yaxşı cavab necə verilər?

Allah Quranda “Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – demələridir. Nicat tapanlar məhz onlardır!” (Nur surəsi, 51) ayəsi ilə möminlərin öyüdə necə cavab verməli olduqlarına işarə edir. Allahdan və Onun elçilərindən gələn öyüdü eşidib dərhal ona tabe olanları Allah cənnətlə müjdələyir. Həmçinin Allah başqa bir ayədə möminlər haqqında belə buyurur: “Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır”. (Zumər surəsi, 18)

Bu ayələrin işarəsinə əsasən, möminlər Allaha iman gətirən insanlardan gələn bütün öyüdləri qəbul edirlər. Bu insanların həmişə yaxşılığı əmr etdiyini və onları pislikdən çəkindirdiklərini unutmurlar. Buna görə də deyilənləri səmimi və tam şəkildə qəbul edib tətbiq edirlər.