Orucu tərk edənin həbs edilməsi və ac saxlanılması

Bu saxta hədis də din və vicdana tamam ziddir

1. Könül xoşluğu ilə yerinə yetirilməli olan ibadət zorla etdirilir.

2. “Dində məcburiyyət yoxdur” ayəsinə qarşı çıxılır.

3. Dinin şəfqət və mərhəmət əsasının tam əksinə olaraq vəhşilik edilir.

4. Dinin əsas məqsədi olan Allahı və ibadəti sevdirməyin yerinə dinə qəzəb və nifrət oyadır.

Bütün bunlarla yanaşı, oruc bəzi insanların çətinliklə yerinə yetirdiyi və xəstə insanların isə məsuliyyət daşımadığı ibadətdir.

Bəqərə surəsi, 184-185-ci ayələrdə oruc hökmü açıq şəkildə izah olunur və deyilir ki, Ramazan ayında xəstə və ya səfərdə olanlar tuta bilmədikləri günlərin sayı qədər başqa günlərdə oruc tuta bilərlər. Orucun kəffarəsi 1 gündür.

Xəstə və dözə bilməyənlər üçün asan hökm var ikən, bu adamlar oruc tutmağa israr etməklə öz nəfsinə zülm edirlər. Qurana görə, müsəlmanların bədənə zərərli olan şeyləri etmələri qadağan edilmişdir. Qurandakı açıq bir hökmün tam dəyişdirilib saxta hədislərlə zülm sisteminin qurulması xurafatçı zehniyyətin ifşa edilməsi baxımından əhəmiyyətlidir. Həmin adamlar Quranın şəfqətli üslubunu bəyənmirlər. Buna görə də öz qaranlıq dünyalarında bir din formalaşdırmağa çalışırlar. Həmin xurafatları dinə əlavə etmələrinin səbəbi də budur.