Ortaya Çıxdığı İlk Dövrlərdə Xalqdan Hz. Mehdiyə Dəstək Olanlar Olacaqdır?

Hz. Mehdinin yaşadığı cəmiyyətdəki insanlar onun sahib olduğu üstün xüsusiyyətləri, icra etdiyi xeyirli fəaliyyətləri açıq şəkildə gördükləri halda, yenə də hz. Mehdi və camaatını tam olaraq fərq edə bilməyəcəklər. Bəziləri də tam tərsi bir düşüncəyə qapılacaq, ona dəstək olmaqdan qaçacaq, hətta qəribə görüb uzaq dayanacaq və ona qarşı mənfi fəaliyyət edəcəklər. Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində “xalqın böyük qisminin hz. Mehdiyə köməkçi olmaqdan qaçacağı” belə xəbər verilmişdir:

Mənim ümmətimdən, daim Allah tərəfindən dəstəklənilən və onlara kömək etməyən xalqın zərər verə bilməyəcəyi bir camaat qiyamət qopana qədər heç əskik olmayacaq. Ümmətim içində daim belə bir tayfa (birlik) mövcud olacaq. (Sünəni İbni Macə, cild 1, səh. 16)

Qiyamət ancaq, ümmətimdən bir tayfa, insanlara qalib olduğu halda qopacaq. Bu tayfa nə özlərinə köməkçi olmayanlara, nə də köməkçi olanlara baxmayacaqlar (onların davranışlarına, əhəmiyyət verməyəcəklərdir). (Sünəni İbni Macə, cild 1, səh. 19)

Şübhəsiz bu Allahın bir möcüzəsidir. Peyğəmbərimiz (s.ə.v)-in bundan on dörd əsr əvvəl söyləmiş olduğu sözlərinin tam olaraq reallaşması olduqca əhəmiyyətlidir. Hz. Mehdi və camaatı, bütün dünya insanlarının gələcəyi üçün çox əhəmiyyətli və çox faydalı olduqları halda ilk dövrlərdə müsəlmanlar arasında bilinməyəcəklər və çox az saydakı mömin birliyi xaricində xalqdan onlara kömək edən olmayacaq.

Ancaq əlbəttə ki, bu insanların bir qismi vicdanlarıyla bu mübarək şəxsin üstünlüklərini qavrayacaqlar. Lakin haqqındakı bütün dəlilləri görmələrinə baxmayaraq, fərdi mənfəət qayğılarıyla onları tanımazlıqdan gələcək, dəstək olmayacaq, uzaq dayanmağa çalışacaq və digər insanlardan da bu həqiqətləri gizlədəcəklər. Cəmiyyətin hamısının kömək etməsi, onların da hz. Mehdini dəstəkləməkdən qaçınmalarına səbəb olacaq, əksəriyyətinin də maddi-mənəvi itkiyə uğramaqdan qorxacaqlar.