Allahın ucalığını haqqıyla qavrayan bir insan gördüyü işlərin hər mərhələsində yüksək əxlaq nümayiş etdirər. Ancaq səthi düşüncə insanı Quran əxlaqına uyğun həyat tərzindən tamamilə uzaqlaşdırar. Peyğəmbərimiz “ədəbsizlik və çirkin sözün girdiyi yer çirkinləşər” (Tirmizi, Birr 47) şəklində buyurmuşdur. Bu sözdə bildirildiyi kimi qafil ruh halı ilə yaşayan insanın həyatına da çirkinlik və qarışıqlıq hakim olar. Olduğu yerlər həll edilməyən məsələlərin baş verdiyi, mövzuların heç cür həll edilə bilmədiyi, gərginlik, narahatlıq yarada biləcək mühitə çevrilər.
Səthi düşüncə tək tərəfli yaşanmaz. Səthi düşüncəli insanların bu çirkin mədəniyyətini nümayiş etdirə bildikləri kəslər yenə özləri kimi eyni mədəniyyətin daxilində olan qafil insanlardır. Səthi düşüncə dininin üzvləri bir-birlərini dərhal tanıyar və Quran əxlaqından uzaqlaşma mövzusunda bir-birlərinə kömək edərlər. Bunlar sanki bir-birlərini oda çağırırlar. Allah bir ayədə bu təhlükəyə belə diqqət çəkmişdir:
.. Onlar oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221)
Başqa ayələrdə isə Allah insanların bir-birlərinin azmasına necə vəsilə olduqlarını belə xəbər vermişdir:
De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?” Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. (Yunis surəsi, 35-36)
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
İmanı zəif, qəlbində xəstəlik olan insanlar bir-birlərinə hər mövzuda olduğu kimi səthi düşüncə dinini yaşamaq mövzusunda da mənfi təsir göstərərlər. Ancaq bilinməlidir ki, bu kəslər əslində yaşadıqları səthiliyin çirkinliyini dərk edirlər. Çünki bu çirkin mədəniyyəti əsla yaşaya bilməyəcək insanları çox yaxşı tanıyırlar. Saleh müsəlmanlarla bu çirkin mədəniyyət vasitəsilə əlaqə yaratmağın qeyri-mümkün olduğunu bilirlər. Buna görə də, onların yanlarına gəldikləri vaxt əllərindən gəldiyi qədər bu cəhətlərini gizlətməyə çalışarlar. Sadəcə müsəlmanlara qarşı deyil, səthi düşüncəni özlərindən bir qədər az yaşayan insanlara qarşı da özlərini mümkün olduğu qədər gizlədirlər. Məsələn, işlədikləri yerdə asılı olduqları adama keyfiyyətli insanlar olduqlarını göstərməyə çalışırlar.
Belə bir adam səthi düşüncəni yaşayan dostlarının yanında ikən çox fərqli xarakter nümayiş etdirər. Oturmağı, durmağı, danışarkən seçdiyi sözləri, mimikaları, səs tonu, hadisələri dəyərləndirməsi tamamilə dəyişər. Ya da bu adam bir dövlət başçısının yanına getsə, istər göstərdiyi hörmətlə, istərsə də davranışı ilə bəzən həqiqi halıyla müqayisə oluna bilməyəcək qədər dəyişər.
Bu mədəniyyətə aid səthi mimikaları, faydası olmayan uzun sürən mənasız söhbətlərdən, qısılmış gözlərlə və buna bənzər şəkildə edilən vurğulamalardan çəkinirlər. Ancaq bu ani dəyişmə əslində ruhlarında yaşadıqları səthi düşüncə ilə yanaşı daha çox əhəmiyyətli bir həqiqəti ortaya çıxarır. Bu insanlar şüurlu olaraq və istəyərək səthi düşüncə mədəniyyətini yaşamağı və onun meydana gətirdiyi qafil mühitə girməyi seçirlər. Bu mövzuda vicdanlarını ört-basdır etməklə, bu çirkin mədəniyyətin tələblərini yerinə yetirərkən, özlərini saldıqları mənfur görkəmi Allahın gördüyünü və hər anlarına şahid olduğunu bilmələrinə baxmayaraq bunları yaşamaqdan narahatlıq hissi keçirmirlər.
Halbuki, bu mədəniyyət ciddi bir şəkildə dərhal tərk ediləcək qədər zəif mədəniyyətdir. Bundan sonrakı həyatında sadəcə müsəlman əxlaqı ilə yaşamağa qərar verən bir insan bu səthi mədəniyyətin meydana gətirdiyi qəflətdən təkcə bir dəfə qərar verməklə xilas ola bilər. Allahın razı qalacağını ifadə etdiyi gözəl əxlaqı dünya və axirət həyatı üçün ən uyğun əxlaq olaraq mənimsəyərək, həyatına səmimi və gözəl əxlaqlı müsəlman olaraq davam edə bilər. Digər insanlara da bu formada gözəl nümunə ola bilər və bunun gözəl qarşılığını Allahdan ümid edə bilər.

