Ördək və qazların kiçik gölməçələrə sürətli eniş etmək üçün istifadə etdikləri “xüsusi texnika”ları vardır. Geniş qanadlarının lələklərini yayaraq sola və sağa hərəkət etdirirlər. Lələklər arasındakı boşluqlardan keçən hava yüksək səs-küyə səbəb olur. Hətta qanadlarını arxalarına doğru bükürlər, bu da sürətlərini artırır. Eniş sahələrindən bir neçə metr əvvəl qanadlarını düzəldirlər və bu şəkildə qanadlar etibarlı eniş etmək üçün hava əyləci rolunu oynayır. (David Attenborough, “The Life of Birds”, səh. 419)
Ördək və qazların “xüsusi texnika”sı
