“Onsuz da tövbə etdiyim zaman Allahın məni bağışlayacağına görə, hər şeyi edib sonra tövbə edə bilərəm” demək doğru bir düşüncə ola bilərmi?

Bu, bir çox insanın yanlışa düşdüyü son dərəcə səmimiyyətsiz bir düşüncədir. Allah bütün qəlbləri, qəlblərdəki gizlinin gizlisini bilir. Allah ancaq etdiyindən səmimi olaraq peşmanlıq duyan və rəftarını qəti olaraq düzəldən insanın tövbəsini qəbul edəcəyini bildirmişdir. “Onsuz da Allah məni bağışlayar” deyərək günah işləyənlər axirətdə bütün əməllərinə görə sorğu-sual ediləcək və qarşılığını alacaqlar.

Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)