Quranın müsəlmanların həyatından uzaqlaşıb evlərdə divardan asılan və əl vurulmayan kitaba çevrildiyini görürük. Allah “Furqan” surəsinin 30-cu ayəsində Peyğəmbərimizin dilindən bu mövzuya diqqət çəkir:
Peyğəmbər dedi: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”. (Furqan surəsi, 30)
Hazırda müsəlmanların Quranı yalnız qəbir ziyarətlərində və yaslarda oxuması ənənəyə çevrilmişdir. Halbuki Quran müəyyən günlərdə oxumaq üçün endirilməyib. Ölülərin arxasından oxumaq üçün də göndərilməyib. Quranda bir ayədə belə buyurulur:
Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır. Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik). (Yasin surəsi, 69-70)
Rəbbimiz Quranı bizə onu anlayıb həyatımıza tətbiq etməyimiz üçün göndərmişdir. Həyatımız Qurana görə olmalı və bizlər Quranı hər yerdə rəhbər tutmalıyıq.
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə DOĞRU YOL GÖSTƏRƏN BİR KİTABDIR. (Bəqərə surəsi, 2)
Bir kitabın yol göstərici olması üçün içində nə yazıldığı bilinməli və oxunmalıdır. Quranı müntəzəm oxumaq insanın şüurunu açır və adama şəfa verir:
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. (Əhzab surəsi, 34)
Unutmayaq ki, Quran bizi Allaha yaxınlaşdıran kitabdır. Ona görə, Qurandan möhkəm tutmaq əhəmiyyətlidir. Ağıllı insan Quranı çox yaxşı başa düşər və hökmlərini çox gözəl həyata keçirər. Quranı tətbiq etmək gözəllik və möminin vəzifəsidir.

