Ölüm insanlar üçün yox olmaq deyil, əbədi olan, həqiqi olan axirət yurduna bir keçiddir. Ölümlə birlikdə dünya mühiti və bu mühitdə olan bədənlə əlaqə kəsilir. İnsanın bədəni ilə ruhunun əlaqəsi kəsilib, ruhu axirətdəki görünüşlərlə təmasda olmağa başladıqda, yəni insan öldükdə, gözünün önündəki pərdə qalxar və ölümün sandığı kimi bir yoxluq olmadığını anlayar. Hər gün yuxudan oyanaraq günə başladığı kimi, öldükdən sonra da dirilərək axirət həyatını yaşamağa başlayar.
“Dirildən də, öldürən də Odur. O, bir işin olmasını istədiyi zaman ona yalnız: ‘Ol!’ – deyər, o da dərhal olar.” (Mömin surəsi, 68) ayəsiylə xəbər verildiyi kimi, insanların axirətə keçişi Allahın tək bir “Ol” deməsiylə olar.
