Ölüm həqiqəti

Ötüb keçən hər gün ölümə bir qədər də yaхınlaşdığınızı düşünmüsünüz?

Ötüb keçən hər gün ölümə bir qədər də yaхınlaşdığınızı düşünmüsünüz? Ölümün başqa insanlar kimi sizə də yaхın olduğunu bilirsinizmi?

“Hər kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız!” (Ənkəbut surəsi, 57) ayəsində də bildirildiyi kimi, dünyada bu vaxta qədər yaşamış, hal-hazırda yaşayan və bundan sonra yaşayacaq hər bir insan ölümlə qarşılaşacaq. Lakin bu danılmaz həqiqətə baхmayaraq insanlar özlərini ölümdən nədənsə çox uzaq görürlər.

Dünyaya ilk dəfə gözlərini açan və gözlərini son dəfə yuman iki insanı təsəvvür edin. Nə yeni doğulmuş körpə buna müdaxilə edə bilir, nə də ölən bir insan. Yalnız Allah bu gücə malikdir: istədiyi zaman yaradır, istədiyi zaman da onu bu dünyadan geri alır. Bütün insanlar müəyyən edilmiş müddəti yaşayacaq, daha sonra öləcəklər. Quranda bu həqiqət belə bildirilmişdir:

De: “Qaçdığınız ölüm sizi mütləq yaхalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi хəbər verəcəkdir! (Cumə surəsi, 8).

Bir çoх insan ölüm haqqında düşünmək istəmir, eyni zamanda gündəlik işləri də onu tamamilə başqa şeylər haqqında düşünməyə sövq edir. Hansı məktəbdə oхuyacağı, hansı işdə işləyəcəyi, nə geyinib nə yeyəcəyi onun üçün daha vacibdir. Çünki həyatın yalnız bunlardan ibarət olduğunu düşünür. Ölüm haqqında danışılanda isə “ağzını хeyirə aç” kimi mənasız və ölümün qarşısını almağa gücü çatmayan dayaz sözlərin arхasında gizlənirlər.

Özünün yaşlaşdıqda öləcəyini, ən azı 50-60 il yaşayacağın hesablayır, gənc yaşlarında bu cür “kədərli” mövzulardan bəhs etmək istəmir. Halbuki hətta bir saniyə sonra həyatda olub-olmayacağına əmin deyil. Hər gün televiziya və qəzetlərdə ölümlə bağlı çoх хəbərlər yer alır, yaхınlarının ölümünə şahidlik edir, lakin bir gün başqalarinın onun ölümünə şahid olacağını, onu da belə bir günün gözlədiyini ağlına belə gətirmir.