Ölüm anındakı tövbə Allah qatında qəbul edilərmi?

Allah ayələrində insanların tövbələrini qəbul edəcəyini, lakin ölüm anında edilən tövbənin qəbul olunmayacağını bildirmişdir. Bununla yanaşı, insan etdiyi bütün səhvlərə görə ömrünün sonuna qədər tövbə etmək imkanına malikdir. Allah tövbə ediləcək mövzulara da heç bir məhdudiyyət qoymamışdır. Bir insan ən ağır günahı işləmiş və ya həmin ana qədər dinsiz bir həyat yaşamış ola bilər. Nə olursa-olsun, əgər səmimi qəlbdən peşman olub Allahdan bağışlanma diləyər və iman edərsə, Allah diləsə, onun tövbəsini qəbul edər.

Lakin ömrü boyu iman etmədən yaşayan, tövbə edib özünü islah etməyə ehtiyac duymayan, yalnız ölüm qorxusu ilə üzləşdiyi anda peşmanlığını ifadə edən insanın vəziyyəti fərqlidir. Belə insanların tövbəsi barədə Quranda belə buyurulur:

Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)