Yoxsa pis işlər görənlər dünya həyatında və ölümdən sonra onları iman edib yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn edirlər?! Onlar necə də pis hökm verirlər! (Casiyə surəsi, 21)
İnsanın ölümünün necə baş verdiyi Quranda təfərrüatlı olaraq təsvir edilmişdir. Quranda təsvir edilən ölüm, bədənin tibbi cəhətdən ölümündən fərqlidir. Quranda ölüm anında öləcək adam tərəfindən görünən, amma digər insanlar tərəfindən görünməyən bəzi hadisələrin reallaşdığı xəbər verilir.
Məsələn, Allahın varlığını təqdir edə bilməmiş, inkarçı bir insan, yuxusu əsnasında rahat bir şəkildə ölmüş kimi görünə bilər. Halbuki, əslində o anda başqa bir aləmə keçən ruhu, böyük ağrılar içində ölümü dadır. Ya da tam tərsinə, acı çəkdiyi sanılan bir möminin ruhu, əslində ayələrdə bildirildiyi kimi bədənindən mələklər tərəfindən gözəlliklə alınar.
İnkarçılarla iman edənlərin ölümləri əsnasında yaşadıqları hadisələr də bir-birindən tamamilə fərqlidir. Ayələrdə inkarçıların ölüm anında;
-Kürəklərinə və üzlərinə vurularaq canlarının alınacağından,
-Şiddətli sarsıntılar hiss edəcəklərindən,
-Mələklərin onlara əbədi əzabı müjdələyəcəklərindən,
-Canlarının bədənlərindən qoparılırmış kimi çıxarılacağından bəhs edilir.
Möminlərin isə;
-Ruhları bədənlərindən yumşaq bir şəkildə çəkilib alınacaq.
-Mələklər tərəfindən gözəlliklə və salamla qarşılanacaqlar.
-Mələklər cənnətlə müjdələyərək canlarını alacaq.

