Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s) yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İndi xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli bir inanca çevrilmişdir. Çünki xurafatda Quran deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edirlər. Peyğəmbərimiz (s) də Axırzamanda xurafatçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox böyük təhlükə olduğunu hədislərində xəbər vermişdir:
“Elm, alimlərin yox olması (vəfat etmələri) ilə aradan qalxar. Ortalıqda heç bir alim qalmaz. Nəhayət, insanlar cahilləri özlərinə rəhbər və lider edərlər, məsələlərini onlardan soruşarlar. Onlar elmə əsaslanmadan xalqa fətva verər, həm özü azar və həm də xalqı azdırar.” (Buxari, 100, 7307; Müslim, Elm 13, 2673; Tırmizi, Elm 5, 2652)
Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxırlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısası, Allahın yaratdığı hər gözəllikdən nifrət edirlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbindən radikal və anlayışsızdırlar. Buna görə də hər cür gözəlliyə, estetikaya, incəsənətə, elmə, xoşbəxtliyə, hətta həyata düşməndirlər. Bu zehniyyətin hakim olduğu bir dünya cəhənnəm kimi darıxdırıcı və qaranlıqdır. İnsanlar xurafatçılığın bu şəklindən çəkinirlər. Halbuki, həqiqi İslam dini sevgini, dostluğu, qardaşlığı, köməkləşməyi, bağışlayıcı olmağı, qısaca gözəl olan hər əxlaq xüsusiyyətini əmr edir.

