“Bəzi ayəti-kərimə (ayələr) və hadisi-şəriflər (hədislər) AXIRZAMANDA GƏLƏCƏK MÜCEDDİDİ BERİ (ən böyük mücəddidi) manayı-işari (işari mənada) xəbər verir. Lakin O GƏLƏCƏK ZATIN VƏ CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən vacibi, lakin zahirən ən kiçiyi olan imanı xilas etmək və hakaiki-imaniyeyi (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsini Risalə-i Nur və şagirdlərinin (tələbələrinin) şəxsi mənəvisi yerinə yetirdiklərindən; O GƏLƏCƏK ZATA dair XƏBƏR VƏ ƏLAMƏTLƏRİ RİSALƏ-İ NURUN ŞƏXSİ-MƏNƏVİSİNƏ, HƏTTA BƏZƏN TƏRCUMANINA DA TƏTBİQ ETMƏYƏ (uyğunlaşdırmağa) ÇALIŞIBLAR və Şəriəti ihya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən tətbiq etmə) və xilafəti tətbiq olan ÇOX GENİŞ SAHƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏNİ NƏZƏRƏ ALMAYIBLAR.” (Tılsımlar Mecmuası, səh. 168)
Bədiüzzaman hz. Mehdi haqqında danışarkən “O gələcək şəxsin və cəmiyyətinin ÜÇ VƏZİFƏSİ” olacağını bildirmişdir.
Bədiüzzaman hz. Mehdinin bu üç vəzifəsini belə izah edir:
Bədiüzzaman ateist fəlsəfələrin Axırzamanda təhlükə yaradacağını, xüsusilə, darvinist və materialist fəlsəfələrin ateizm ilə güclənəcəklərini və Allahın varlığını inkar edəcək təhlükəli həddə gələcəklərini bildirmişdir. Buna görə də hz. Mehdinin ilk vəzifəsinin materializm, yəni Allahı inkar etmək fikrinə əsaslanan materialist, darvinist və ateist fəlsəfələr ilə mübarizə aparmaq və bu fəlsəfələrin insanlara təsirini tamamilə ortadan qaldırmaq olduğunu ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin ikinci vəzifəsinin İslam əxlaqını və fəzilətlərini və Peyğəmbərimiz (s.ə.v)-in əsil sünnələrini canlandırmaq olduğunu ifadə etmişdir. Hz. Mehdi onsuz da müxtəlif qruplara ayrılmış müsəlmanları birləşdirərək İslam Birliyini təmin edəcək və İslam dünyasının lideri olacaq. Bədiüzzaman Mehdinin bu birliyə əsaslanacağını, beləliklə, müsəlmanları müəyyən təhlükələrdən qoruyacağını ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin üçüncü vəzifəsinin İslam ümmətini birləşdirmək və xristian dünyası ilə ittifaq etmək olduğunu ifadə etmişdir. Hz. Mehdi (ə.s)-ın bu vəzifəni möminlərin, Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan fədakar seyidlərin və bütün müsəlmanların dəstəyi ilə yerinə yetirəcəyini bildirmişdir.
Hz. Mehdi bu üç vəzifəni eyni zamanda yerinə yetirəcək və bu, onun tanınmasını təmin edəcək, onun ən mühüm əlamətlərindən biri olacaqdır. Bədiüzzaman özü də daxil olmaqla, daha əvvəl yaşamış heç bir mücəddid bu üç vəzifəni eyni zamanda yerinə yetirə bilməyəcəyini, yalnız hz. Mehdinin bunu həyata keçirəcəyini ifadə etmişdir.
Bədiüzzaman bu ifadəsi ilə yanlış açıqlamalara işarə edir. Bədiüzzaman hz. Mehdi ilə bağlı xəbərlər və əlamətlərin Risalə-i Nur camaatı ilə uyğunlaşdırıldığını, lakin bunun hz. Mehdi ilə bağlı verilən məlumatlara uyğun olmadığını bildirmişdir. Bədiüzzaman bu tərifi edənlərin hz. Mehdinin iki böyük və mühüm vəzifəsini gözardı etdikləri üçün belə yanlış nəticəyə gəldiklərini bildirir. İslam Birliyini təmin edilməsi və hz. Mehdinin bütün müsəlmanlara liderlik etməsi, xristianlarla ittifaq etməsi, Quran əxlaqının hakim olması bu vaxta qədər hələ baş verməyib. Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn mücəddidlərdən, o cümlədən Bədiüzzamandan heç biri bu böyük vəzifələri yerinə yetirməyiblər. Buna görə də Bədiüzzaman bu həqiqəti ifadə edərək Risalə-i Nurun şəxsi-mənəvisini Mehdilik olaraq xarakterizə edənlərin səhv etdiklərini bildirir.
Bədiüzzaman risalələrin müəllifi olduğu üçün bəzi şəxslərin onu hz. Mehdi zənn etdiklərini bildirmişdir. Ancaq yuxarıda izah edildiyi kimi, Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi iki böyük vəzifənin nəzərə alınmadığı üçün xəta etdiklərini ifadə etmişdir. Buna görə də Mehdiliyə dair bu fikrin əsassız olduğunu bir daha ifadə etmişdir.
Bədiüzzaman bu fikrin səhv olduğunu, istifadə etdiyi “HƏTTA” ifadəsi ilə bir daha vurğulamışdır. Bədiüzzaman burada “hətta” sözünü “bundan daha qəribə olanı” mənasında işlətmişdir. Risalə-i Nurun Mehdi olduğunun zənn edildiyini, daha da qəribəsi ona qarşı belə iddia irəli sürüldüyünü ifadə etmişdir. Bədiüzzaman bu ifadəsi ilə, Mehdilik iddiasının yanlışlığını bir daha vurğulayır.
Bu ifadədə Bədiüzzaman “BƏZƏN” sözündən istifadə edərək Mehdilik iddiasının “həmişə istifadə edilən iddia olmadığını” ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifədən bəhs etdiyi bəzi sözlərində hz. Mehdinin “GENİŞ SAHƏDƏ HÖKM ETMƏSİ”nə fərqləndirici xüsusiyyət kimi diqqət çəkmişdir. Hz. Mehdinin bu xüsusiyyəti çox əhəmiyyətlidir. Hz. Mehdi vəzifəsini yalnız müəyyən bölgədə yerinə yetirməyəcək, təsir dairəsi çox geniş dairədə, yəni dünya səviyyəsində olacaq. Bədiüzzaman “dar dairə” adlandırdığı “kiçik miqyaslı” tətbiqlərin müsəlmanları yanlış yola yönəltməməli olduğunu bildirir. Hz. Mehdi (ə.s)-in ikinci və üçüncü vəzifəsini geniş dairədə yerinə yetirəcəyini xatırladaraq, Risalə-i Nurun şəxsi-mənəvisinə edilən Mehdilik iddiasının yanlış olduğunu dəlillər ilə birlikdə izah edir.
Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi vəzifələr ilə bağlı bu “ÇOX GENİŞ MİQYASLI HÖKMETMƏ”, yəni “DÜNYA MİQYASINDA” baş vermiş nəticə bu günə qədər əldə edilməmişdir. Bu, hz. Mehdinin keçmişdə zühur etmiş bir şəxs və ya şəxsi-mənəvi olmadığını açıq şəkildə ortaya qoyur. Bu üç vəzifənin bütün dünyada yerinə yetirilməsi, Allahın izni ilə, hz. Mehdinin ən mühüm əlamətlərindən biri olacaq və onu bütün insanlara tanıtdıracaq.
Bədiüzzaman hz. Mehdinin dünya miqyasında həyata keçəcək ikinci (İslam Birliyini qurmaq) və üçüncü (Quran əxlaqını bütün dünyaya yaymaq) vəzifələrinin onun fərqləndirici və onu tanıdan xüsusiyyətləridir. Çünki dünyada bu vəzifələri yerinə yetirəcək yeganə şəxs hz. Mehdidir. Buna görə də, əgər bu vəzifələr bu xüsusiyyətlər ilə yerinə yetirilməmişdirsə, Mehdilik iddiası irəli sürmək olmaz. Çünki belə iddia Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə, İslam alimlərinin və Bədiüzzamanın bu istiqamətdə söylədiklərinə tamamilə zidd olar.
Bədiüzzaman bu sözləri ilə hz. Mehdi haqqında iddia irəli sürmək üçün dünyada baş verməli olan bu iki böyük vəzifənin yerinə yetirilib-yetirilmədiyini düşünmək lazım olduğunu xatırladır. Bədiüzzaman bu dəlillər olmadığı halda mehdiyyət bənzətmənin yanlış nəticə olacağını bildirir. Bədiüzzaman “NƏZƏRƏ ALMAYIBLAR” ifadəsi ilə özünü və ya Risalə-i Nuru hz. Mehdi zənn edənlərin bu mühüm məqamı nəzərə almadıqlarını və yanıldıqlarını ifadə etdi.

