Nuh tufanı

Nuh tufanının inkarı və elmi dəlillər

Nuh tufanının baş verdiyini inkar edənlər bu iddialarına dəlil olaraq dünya səviyyəsində bir tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu deyirlər. Buna əsaslanaraq, belə bir hadisəni təsdiqləyən Quranın Allahın sözü ola bilməyəcəyini iddia edirlər.

Halbuki bu iddia, Allahın endirdiyi və təhrif edilməmiş tək müqəddəs kitab olan Qurani Kərim üçün məqbul deyildir. Çünki Quranda tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə keçən tufan rəvayətlərindən olduqca müxtəlif bir şəkildə xəbər verilir.

Təhrif edilmiş olan Tövratda bu tufanın dünya miqyasında olduğu və bütün dünyanı əhatə etdiyi deyilər. Halbuki, Quranda tufanın beynəlxalq miqyasda olduğu şəklində bir ifadə yoxdur. Əksinə, əlaqədar ayələrdən tufanın regional olduğu və bütün dünyanı deyil, təkcə hz. Nuhu yalançı hesab edən qövmün cəzalandırıldığı aydın olur.

Eynilə Ad qövmünə göndərilən hz. Hud (Hud surəsi, 50) və ya Səmud qövmünə göndərilən hz. Saleh (Hud surəsi, 61) və digər peyğəmbərlər kimi hz. Nuh da yalnız öz qövmünə göndərilmişdir və tufan da hz. Nuhun qövmünü həlak etmişdir:

Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”. (Hud surəsi, 25-26)

Göründüyü kimi Quranda bütün dünyanın deyil, təkcə Nuh qövmünün həlak edildiyi bildirilir. Ayələr bu qədər aydın olduğu halda hələ Quranda Nuh tufanının qlobal miqyasda olaraq çatdırıldığını iddia etmənin cahil kütləni aldatmağa, onların ağlını qarışdırmağa cəhd etməkdən başqa məqsədi yoxdur.