Quranda izah edilən Nuh tufanı da inkar edənlərin ağılsız olduqlarını və dolayısı ilə qəbul etmədikləri mövzular arasındadır. Nuh tufanının baş verdiyini inkar edənlər bu iddialarına dəlil olaraq dünya səviyyəsində bir tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu deyirlər. Buna əsaslanaraq, belə bir hadisəni təsdiqləyən Quranın Allahın sözü ola bilməyəcəyini iddia edirlər.
Halbuki bu iddia, Allahın endirdiyi və təhrif edilməmiş tək müqəddəs kitab olan Qurani Kərim üçün məqbul deyildir. Çünki Quranda tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə keçən tufan rəvayətlərindən olduqca müxtəlif bir şəkildə xəbər verilir.
Təhrif edilmiş olan Tövratda bu tufanın dünya miqyasında olduğu və bütün dünyanı əhatə etdiyi deyilər. Halbuki, Quranda tufanın dünya miqyasında olduğu şəklində bir ifadə yoxdur. Əksinə, əlaqədar ayələrdən tufanın regional olduğu və bütün dünyanı deyil, təkcə hz. Nuhu yalançı hesab edən qövmün cəzalandırıldığı aydın olur.
Eynilə Ad qövmünə göndərilən hz. Hud (Hud surəsi, 50) və ya Səmud qövmünə göndərilən hz. Saleh (Hud surəsi, 61) və digər peyğəmbərlər kimi hz. Nuh da yalnız öz qövmünə göndərilmişdir və tufan da hz. Nuhun qövmünü həlak etmişdir:
Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”. (Hud surəsi, 25-26)
Həlak olanlar hz. Nuhun təbliğini heçə sayan və inadla üsyanda edən qövmdür. Bu mövzudakı ayələr heç bir müzakirəyə yer verməyəcək qədər aydındır:
Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər. (Əraf surəsi, 64)
Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər. (Əraf surəsi, 72)
Göründüyü kimi Quranda bütün dünyanın deyil, təkcə Nuh qövmünün həlak edildiyi bildirilir. Ayələr bu qədər aydın olduğu halda hələ Quranda Nuh tufanının qlobal miqyasda dediyildini iddia etmənin cahil kütləni aldatmağa, onların ağlını qarışdırmağa cəhd etməkdən başqa məqsədi yoxdur.
Təhrif edilmiş Tövrat və İncildəki məntiqsizliklərin, xurafatların heç birinin Quranda olmaması, hətta bunların düzəldilmiş həqiqi hallarının köçürülməsi də Quranın tamamilə Allah Qatından göndərilən bir kitab olduğunu bir daha sübut edir.
Quranda Tufan hadisəsindən qlobal miqyasda bəhs edilməsi digər bir baxımdan da mümkün deyildir. Çünki Allah, hər hansı bir qövmə elçi göndərilmədiyi təqdirdə, o qövmün həlak edilməyəcəyini deyir. Həlak üçün, qövmün özünə xəbərdarlıq edib qorxudan birinin gəlmiş olması və bu xəbərdarlıq edənin təkzib edilmiş olması lazımdır. Allah Qəsas surəsində belə buyurur:
Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. (Qəsas surəsi, 59)
Yenə başqa bir ayədə isə “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.” (İsra surəsi, 15) deyə buyrulur.
Ayələrdən aydın olduğu kimi elçi göndərilmədən bir qövmün həlak edilməsi, Allahın qanununa ziddir. Elçi olaraq xəbərdarlıq edən hz. Nuh isə yalnız öz qövmünə göndərilmişdir. Buna görə də Allah, xəbərdarlıq edən biri göndərilməmiş qövmləri deyil, yalnız hz. Nuhun qövmünü həlak etmişdir.
Tufan haqqındakı bir başqa mövzu isə, suların ərazidəki bütün yüksəklikləri, dağları örtəcək qədər hündürlüyə qalxıb qalxmadığı mövzusudur. Məlum olduğu kimi Quranda, gəminin tufandan sonra “Cudi”yə oturduğu bildirilir. “Cudi” sözü bəzən xüsusi bir dağ adı olaraq qəbul edilir, halbuki söz ərəbcədə “hündür yer, təpə” mənasını verir.
Həmçinin, “Cudi” sözünün bu mənasından, suların ancaq müəyyən bir hündürlüyə çatdığı, qurunu tamamilə əhatə etmədiyi aydın olur. Yəni tufanı təhrif olunmuş Tövratda və digər əfsanələrdə izah edildiyi kimi bütün yer üzünü və yer üzündəki bütün dağları örtmədiyini, yalnız müəyyən bir bölgəni örtmüş olduğunu Qurandan öyrənirik.
Həmçinin, tufanın reallaşdığı düşünülən arxeoloji bölgədə edilən qazıntılar da, tufanın bütün dünyanı əhatə edən qlobal bir hadisə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına alan olan çox geniş bir fəlakət olduğunu göstərir.
Nuhun gəmisi Ağrı dağının ətəyində gəlib dayandı. Bu gəminin qalıqları gələcək nəsillərə qalmalıdır ki, insanlar bundan ibrət götürsünlər. Allah ayədə bu barədə deyir:
O gəmi, (qövmü tərəfindən) inkar edilənə (Nuha) mükafat olaraq gözlərimizin önündə (nəzarətimiz altında) üzürdü. Həqiqətən, Biz onu IBRƏT OLSUN DEYƏ SAXLADIQ. Bəs ibrət alan varmı? (Qamər surəsi, 14-15)
Bir qrup Çinli və Türk tədqiqatçı 2010-cu ildə Ağrı dağının zirvəsində 4800 illik lövhələr tapdıqlarını və bunun Nuhun gəmisi olduğuna inandıqlarını açıqladılar. Komanda 4 min metr yüksəklikdə tapdıqları bu lövhələr üzərində karbon testi etdiklərini və onların neçə yaşında olduqlarını araşdırdıqlarını bildirib. 4 min metr yüksəkdə bir gəminin nə işi ola bilər ki? Əgər Nuh Tufanında suların yüksəlməsi ilə, dağın ətəyində dayanan Nuhun gəmisi deyilsə.
Honq Konqlu sənədli film rejissoru və “Nuhun Gəmisi Beynəlxalq Təşkilatlı”nın 15 nəfərlik tədqiqat qrupunun üzvü Yeung Wing-Cheung, “Bu, 99,9% Nuhun Gəmisidir”, dedi. Tapılan qalıqların kiçik kameralar olduğu və orada heyvanların saxlandığı bildirilib.
Yeung, bu günə qədər 3500 metrdən yuxarı heç bir sivilizasiyanın izi olmadığı üçün bunun insanların geridə qalan bir parça olması ehtimalının olmadığını söylədi.
Bu barədə Türkçə Youtube Kanalında video izləyə bilərsiniz.

