Niyyətlərimə görə məsuliyyət daşıyırammı?

Hər bir insan öz niyyətinə görə məsuliyyət daşıyır. Allah bunu “… lakin qəlbinizin qazandığına (bilərəkdən etdiklərinizə) görə sizi cəzalandırar…” (Bəqərə surəsi, 225) ayəsi ilə bildirmişdir. Hər bir əməldə niyyət Allahın razılığını qazanmaq olmalıdır. Bir əməl yaxşı görünə bilər, amma insanların razılığı və ya dünyəvi mükafat gözləntisi ilə edilərsə, Allah Qatında qəbul olunmaz.