Ey insanlar! Sizi bir nəfsdən xəlq edən, ondan öz zövcəsini yaradan və o ikisindən çoxlu kişi və qadın yaradan Rəbbinizdən qorxun. Adını bir-birinizdən dilədiyiniz Allahdan qorxun. Həmçinin bətnlərin haqqına hörmətsizlik etməkdən çəkinin. Bu bir həqiqətdir ki, Allah sizin üzərinizdə gözətçidir. (Nisa surəsi, 1)
Hamımız tək bir nəfsdən yaradılmışıq, Allahın ruhunu daşıyırıq. Allah, mövcud olan bir vəziyyəti bizə bildirir. İnsanlar bir kişi və bir qadından, yəni Hz. Həvva və Hz. Adəmdən törəyib çoxaldılar. “Rəbbinizdən qorxub-çəkinin” buyurur. Allahdan qorxmaq hər cür gözəlliyin və keyfiyyətin əsasıdır. Allahdan qorxan insan çox nəcib və gözəl olar. Həyatı da çox keyfiyyətli keçər. Davranışları çox mükəmməl olar. Hər şeydən əvvəl, vicdanı çox təmiz olar.
Şüuru açıq olduğu müddətcə, Allaha olan qorxusuna əsaslanaraq həmişə gözəl əməllər edər. Allahdan çəkinin, yəni Allahın halal və haramlarına diqqət edin. Əgər yaxınlarınız (qohum, tanış) Qurana, dinə, İslama qarşı bir söz demirlərsə, onlara qarşı qoruyucu və şəfqətli olun. Çünki ata-ana sevgisi çox zövqlü və gözəldir. Nənələr, babalar çox sevimli olurlar, onlar evin bəzəyidir.
Yaşlandıqları zaman xasiyyətləri bir az dəyişə bilər, bu zaman anlayışla yanaşmaq gərəkdir. Əsəbi ola bilər, inadkarlıq göstərə bilərlər. Səbirsiz davranmaq olmaz. Amma dinə, imana söz atır və hörmətsizlik edirlərsə, o zaman ediləcək bir şey yoxdur. Ayənin hökmü aydındır, bu halda itaət olmaz. Lakin dinə, İslama, Qurana hörmət etdikləri müddətcə, müsəlman övlad onlara qarşı hörmətlə davranmalı, himayə edilməlidir.

