Quran ayələrini öz istəklərinə görə şərh edən xurafatçılar, mövhumatlarından meydana gələn dini Qurandakı dinin yerinə hakim edə bilmək üçün, öz aləmlərində bu ayəni səhv şərh edərək dəlil kimi istifadə etmişdilər. Bu ayəni istədikləri kimi şərh edərək, bəzi ayələrin hökmünü qüvvədən sala biləcəklərini (nəsx edilməsi), hətta bunların yerinə uydurma hədisləri daxil edə edəcəklərini düşünmüşdürlər.
Bu iddialarına dəlil kimi göstərməyə çalışdıqları ayənin izahı isə belədir: “hər hansı bir ayənin hökmünü qüvvədən qaldırır” ifadəsində keçən “ayə” sözü təkdədir. Ayə sözünün dəlil, möcüzə kimi mənaları da var, lakin Quranda ayələri xarakterizə edən “ayə” kəlməsi heç vaxt təkdə işlənmir. Təkdə olan ayə sözü həmişə “dəlil” mənasındadır və digər bütün ayələrdə də belə tərcümə edilmişdir.
Beləliklə, burada ifadə edilən məna; “Quran ayələri” deyil, daha əvvəl gəlmiş “dəlillər, qanunlar və şəriətlərdir”. Dolayısilə ayəyə görə, Qurandan əvvəl özlərinə haqq kitablar göndərilən cəmiyyətlərin, yəni yəhudilərin və xristianların məsul olduğu bəzi tətbiq və hökmlər müəyyən müddətdən sonra unudulubsa, bunlar Quranla xatırladılır və ya ləğv edilir. Əvəzində isə həmin hökmlərin bənzəri və ya daha xeyirlisi Quranla birlikdə nazil olur.
Buradakı ayədə keçən “unutdurmaq” sözünə də diqqət yetirmək lazımdır. Bir hökmün digərini qüvvədən salması üçün, həmin hökm unudulmalıdır. Qurandakı bütün ayələr 1400 ildir ki, dəyişmədiyinə görə, bir ayənin digər ayənin hökmünü qüvvədən salmasından söhbət belə gedə bilməz kimi. Xurafatçıların qüvvədən salındığını iddia etdikləri hökmlər unudulmamışdır, hələ də Quranda mövcuddur. Buradan da açıq şəkildə aydın olur ki, burada bir ayənin hökmünün digər bir ayənin hökmünü qüvvədən salmasından deyil, keçmiş qövmlərə göndərilib, müəyyən müddətdən sonra da unudulmuş hökmlərin qüvvədən salınmasından söhbət gedir. Keçmiş qövmlərə endirilmiş, lakin “unutdurulmuş” hökmlərin daha xeyirlisi və ya bir bənzəri Quran ilə həmin qövmlərə, yenidən göndərilmişdir.

