İnsanlara nemətlər verilməsinin ya da bu nemətlərin onlardan geri alınmasının səbəbinini Allah Quran ayədə belə bildirir:
Bu ona görədir ki, bir qövm özlərində olanı Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir. (Ənfal surəsi, 53)
Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur. (Rad surəsi, 11)
Bu ayələrdə bildirilənlər, insanların çox vaxt xəbərsiz olduğu və ya görməzlikdən gəldiyi çox əhəmiyyətli sirlərdir. Allah insanlara gözəl əxlaq qarşılığında müxtəlif nemətlərini artırarkən, pis əxlaq göstərən insanlara verilən nemətləri isə azaldacağını, insanların rəftarında və səmimiyyətindəki dəyişikliklərə görə, nemətlərdə də dəyişiklik olacağını bildirir.
Bu sirri bilən möminlər, hər qarşılaşdıqları hadisədə Allahın yaratdığı hikmətləri araşdırdıqları kimi, bu mövzuya da diqqət yetirərlər. Heç vaxt onları yetərli görməz, həmişə Quran əxlaqını daha çox yaşamağa, nöqsanlarını, səhvlərini düzəltməyə cəhd edərlər.

