Səmimi qəlbdən Allaha yönəlmiş bir insanın ona verilən nemətlər barədə dərindən düşünməsi bu nemətləri ona Allahdan başqa heç kimsənin verə bilməyəcəyini dərk etməsinə vəsilə olur. Rəbbimiz insanların bu barədə düşünməsinin vacib olduğunu bir Quran ayəsində belə bildirir:
“De: ‘Deyin görüm, əgər Allah eşitmə və görmə qabiliyyətinizi (əlinizdən) alsa və qəlbinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?’ Bax gör, ayələri necə açıqlayırıq! Sonra onlar yenə (haqdan) üz çevirirlər.” (Ənam surəsi, 46)
