Nemətin verilməsi və alınmasındakı sirlər

Nemətin verilməsindəki və alınmasındakı sirlər

Onu (insanı) öndən və arxadan izləyənlər vardır, onu Allahın əmriylə güdüb-qorumaqdadırlar. Həqiqətən, Allah öz nəfs (öz)lərində olanı dəyişdirənə qədər, bir birlikdə olanı dəyişdirməz. Allah bir birliyə pislik istəsə, artıq onu geri çevirməyə heç bir (şəkildə imkan) yoxdur; onlar üçün Ondan başqa bir vəli yoxdur. (Rəd surəsi, 11)

Bu ayələrdə bildirilənlər insanların çox vaxt xəbərsiz olduğu və ya gözardı etdiyi çox əhəmiyyətli sirlərdir. Allah insanlara gözəl əxlaqları qarşılığında müxtəlif nemətlərini artırarkən, pis əxlaq göstərən insanlara verilən nemətləri isə qısacağını, insanların rəftarlarındakı və səmimiyyətlərindəki dəyişikliklərə görə nemətlərdə də dəyişiklik olacağını bildirir.

Bu sirri bilən möminlər hər qarşılaşdıqları hadisədə Allahın yaratdığı hikmətləri araşdırdıqları kimi, bu mövzuya da diqqət edərlər. Əsla özlərini kafi görməz, daim Quran əxlaqını daha çox yaşamağa, əskiklərini, qüsurlarını düzəltməyə cəhd göstərərlər. Heç vaxt sabit, olduqları halı qəbul edən, özlərini kafi görüb gözəl əxlaqlarından vaz keçən bir anlayışı mənimsəməzlər.