İnsanlara nemətlər verilməsinin, ya da bu nemətlərin onlardan geri alınmasının bir səbəbini Allah Quran ayələrində belə bildirir:
Bu ona görədir ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri yaxşı xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir. (Ənfal surəsi, 53)
Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur. (Rad surəsi, 11)
Bu ayələrdə bildirilənlər, insanların çox vaxt xəbərsiz olduğu və ya gözardı etdiyi çox əhəmiyyətli sirlərdir. Allah insanlara gözəl əxlaqı qarşılığında müxtəlif nemətlərini artırarkən, pis əxlaq göstərən insanlara verilən nemətləri isə qısacağını, insanların rəftarındakı və səmimiyyətindəki dəyişikliklərə görə nemətlərdə də dəyişiklik olacağını bildirir.
Bu sirri bilən möminlər, hər qarşılaşdıqları hadisədə Allahın yaratdığı hikmətləri araşdırdıqları kimi, bu mövzuya da diqqət yetirərlər. Əsla özlərini yetərli görməz, daim Quran əxlaqını daha çox yaşamağa, əskiklərini, qüsurlarını düzəltməyə cəhd göstərərlər. Heç bir zaman sabit, olduqları halı qəbul edən, özlərini yetərli görüb gözəl əxlaqından vaz keçən bir anlayış mənimsəməzlər.

