Nəfsini ağılsızcasına ilahiləşdirən insan öz mənfəətini və rahatlığını dinin mənafeyindən üstün tutan şəxsdir. Halbuki həqiqi və səmimi dindar yalnız Allahı İlah qəbul edir və yalnız Allahı razı salacaq şəkildə davranır. Bu, hər bir şərait üçün keçərlidir. Belə bir şəxs xəstələndikdə də, çətinlik anlarında da, mənfəətləri tamamilə zərər görsə belə, əsla dinin mənafeyindən və Allahın qoyduğu hədlərdən güzəştə getməz.
Lakin bir insan kiçik hesab etdiyi bir məsələdə belə din üçün fədakarlıq edə bilmirsə, çətin gələn hər məqamda dini tərk edərək nəfsinə xoş gələni seçirsə, bu insan nəfsini məmnun etməyə çalışır və beləliklə, onu saxta bir ilah qəbul etmiş olur. Allah Quranda böyük bir azğınlıqla nəfslərini ilahiləşdirənlər haqqında belə buyurur:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı? (Casiyə surəsi, 23)

