Nəfsini ilah etmək

Nəfsini ilah edənlər

Nəfsini ilah edən insan öz mənfəətini və rahatlığını dinin mənfəətindən üstün tutan insandır. Halbuki, əsl səmimi dindar sadəcə Allahı ilah edər və ancaq Allahın razılığına uyğun davranar. Bu, bütün şərtlər daxilində əsaslıdır. Belə bir insan xəstələndikdə, çətinlik anlarında, mənfəətinə tamamilə zidd olsa da, öz mənfəətini əsla dinin mənfəətindən üstün tutmaz, Allahın qoyduğu hədləri aşmaz.

Ancaq bir insan kiçik gördüyü bir məsələdə belə Quran əxlaqına uyğun davranmırsa, çətin gələn hər şeydə din əxlaqını tərk edərək nəfsinə xoş gələni seçirsə, bu insan nəfsini razı salmağa çalışır və ona görə də nəfsini ilah etmişdir. Allah Quranda nəfslərini ilah edənlər haqqında belə deyir:

Nəfsini özünə ilah edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Casiyə surəsi, 23)