Davranışların qaynağının nəfs yoxsa Allahın rizası və vicdan olduğu sualına bəzi əsas meyarlar qoyula bilər. Allah Quranda bizə mühüm meyar verir:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Kəhf surəsi, 28)
Ayədə möminlərə hansı davranışın Allahın rizasına uyğun, hansı davranışın nəfsdən qaynaqlandığı bildirilir: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə olmaq” Allahın rizasına uyğun davranışdır. Digər tərəfdən, qəlbi “Allahı anmaqdan qafil olan, nəfsinin istəklərinə uyan”lara üz tutaraq onların həyat tərzinə doğru sürüklənmək tamamilə nəfsani davranışdır və Allaha qarşı itaətsizlikdir. Bu, son dərəcə əhəmiyyətli ölçüdür və islam əxlaqına yeni başlayan insanın diqqət edəcəyi ən mühüm məsələlərdən biridir.
Digər tərəfdən, bu səmimiyyətdən məhrum olan və ya öz nəfsinin istəklərinin təsiri altında olan insanlar möminlərin yanında olmaq üçün belə bir səy göstərməzlər. Nəfsləri onlara bəhanələr tapmağa vadar edər və bu bəhanələrlə möminlərlə birlikdə olmalarına mane olmağa çalışar. Və möminlərə bu bəhanələrlə gələrlər. Öz ağıllarında bu bəhanələrlə möminləri aldadacaqlarınıni düşünərlər. Lakin onların uydurduqları bəhanələr nə Allah qatında, nə də möminlərin nəzərində keçərli deyil.
Gündəlik həyatda bu bəhanələrin (həqiqətdən qaçma üsulları) çoxlu nümunələrinə rast gəlmək mümkündür. Bəzi nümunələr bunlardır:
İnsanların dini vəzifələrini yerinə yetirmələrinə, dinin hökmlərinə tabe olmalarına, möminlərlə birlikdə olmalarına mane olmaq üçün nəfsin ortaya atdığı ən çox bəhanələrdən biri də “ailə problemləri”dir. Nəfsinin səsini dinləyən və Allaha az itaət edən insanlar tez-tez “ailəmin qayğısına qalmaqdan vaxt tapa bilmirəm” və ya “ailəm icazə vermədiyinə görə dinin hökmlərinə əməl edə bilmirəm” kimi bəhanələr irəli sürürlər.
Lakin bunların heç biri Allah qatında keçərli olmaz. Təbii ki, insanın ailəsi ilə bağlı işləri ola bilər, ailəsinə vaxt ayırmalıdır. Ancaq bu, Quranın əmrlərini yerinə yetirmək üçün vaxtın olmaması ilə nəticələnməməlidir. Ona görə də bu səmimi bəhanə deyil.
Bəlkə də bu insan “ailə problemləri” bəhanəsi ilə özünü aldadır, ancaq Allahı və möminləri aldada bilməz. Necə ki, Quran bu məsələyə diqqət çəkir və “ailə problemləri” bəhanəsinin əsassız olduğunu bildirir. Quranda bildirildiyi kimi, Peyğəmbərimizin dövründə Allah yolunda mübarizədə arxada qalanlar Peyğəmbərimizin hüzuruna gələrək “…Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı…” kimi bəhanə irəli sürdülər.
Lakin Allah onlar haqqında: “… Onlar dilləri ilə qəlbində olmayanı deyirlər…” (Fəth surəsi, 11) Başqa bir ayədə Peyğəmbərimiz dövründə döyüş zamanı “…Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)…” deyərək qaçmağa çalışanlar belə bildirilir:
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də elçidən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, – deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)
Nəfsin irəli sürdüyü başqa bir bəhanə isə “iş” və ya “məktəb” problemlərinin dinin hökmlərin həyata keçirilməsinə mane olmasıdır. Sözdə “iş” və ya “məktəb” o qədər vaxt aparır ki, namaz qılmaq, oruc tutmaq, insanlara yaxşılığı əmr etmək, gözəl əxlaq göstərmək, möminlərlə birlikdə olmaq imkanı qalmır.
Əslində bu bəhanəni irəli sürən adamın düşüncəsində çatışmazlıq var. Bu şəxs işinin və ya məktəbinin həyatında ən vacib məsələ olduğunu düşünür və qalan vaxtını dinə ayırmağa üstünlük verir. Ancaq mömin üçün belə bir “fərq”dən söhbət gedə bilməz. Təbii ki, möminlər də yaxşı təhsil alarlar, təhsilə əhəmiyyət verərlər, iş və peşə sahibi olarlar, lakin bunların heç biri onların din əxlaqını yaşamasına mane olmaz.
“De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.” (Ənam surəsi, 162) ayəsinə görə möminin bütün həyatı Allahın rizasına görədir; həyatın bir hissəsini dinə, bir hissəsini də “dünya işlərinə” həsr etmək Quran əxlaqına uyğun gəlmir. Buna görə də, mömin həm işi, həm də təhsili ilə Allah rizası üçün maraqlanar.
İşindən qazandığını Allahın rizasını qazanmaq üçün xərcləməli, məktəbdə öyrəndiyini isə Allahın dininə xidmət etmək üçün istifadə etməlidir. Və bu halda, dinin bir hökmünü həyata keçirməyin, digərini həyata keçirməkdə mane olmadığı üçün, “iş və ya məktəbə görə dini yaşamaq üçün imkan tapmamaq”dan söhbət gedə bilməz.
Əks halda, “gələcək qayğısından” doğan bəzi dünyəvi mənfəətlərin güdüldüyü və bunların dindən üstün tutulduğu bir vəziyyət yarana bilər. Bu, Allahın Quranda bildirdiyi kimi, “dünya həyatını” Allahın rizası və axirət həyatından üstün tutmaqdır. Halbuki dünya həyatı Allahın rizası və axirət qarşısında çox dəyərsizdir:
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi? (Ənam surəsi, 32)
Buna baxmayaraq, dünya həyatına öz nəfsani istək və hərisliyinin qulu olanların vəziyyəti belədir:
Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar. Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır. (Hud surəsi, 15-16)
İnsanların Quran əxlaqını yaşamalarına mane olmaq üçün nəfsin irəli sürdüyü bəhanələrdən biri də “kütlə təzyiqi”dir. Buna görə də, bəzi insanlar “Quran əxlaqını yaşasam tənqid olunaram, hər kəs tərəfindən kənarlaşdırılaram” deyə narahat olurlar.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Allahın dininə tabe olmağa və Allahdan başqa heç bir rəhbər tanımamağa qərar verən insan ilk baxışdan çətinlik və ya bəla kimi görünən bəzi imtahanları gözə almalıdır. Mömin olduqda yaxın ətrafı ona pis reaksiya verə bilər; buna təəccüblənməmək lazımdır.
Əslində onun bu reaksiya ilə qarşılaşmaması təəccüblü olar. Çünki dinlə yeni tanış olan insan “cahil cəmiyyət”dən çıxmasıdır. Ona görə də, onun keçmiş tanışları da bu cəmiyyətin bir parçasıdır. Və bu cəmiyyət səhv yoldadır:
“…Hökm ancaq Allahındır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir. (Yusif surəsi, 40)
Başqa bir ayədə belə deyilir:
…Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir. Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər. (Rum surəsi, 6-7)

