Nəfsin tərbiyə edilməsi üçün Allahın göstərdiyi tək bir meyar var, səmimiyyət. Səmimi olduğumuz zaman, nəfs çox ağıllı olar. Çünki mənfəətlər məntiqli olmağı təmin edər. Lakin vicdanımız da ağıllı olmağı təmin edər. Səmimi davranmağı təmin edər. Biz ağlımız və vicdanımızla hərəkət etməliyik. Ağlı və vicdanı ilə hərəkət edən insan həmişə doğru hərəkət etmiş olar. Məsələn, Allah qorusun, rüşvət alacaqsa, məntiqi “al” deyər. Lakin ağlı və vicdanı da “alma” deyər. Ağlına və vicdanına tabe olduğu zaman da bəlkə maddi cəhətdən çətinliyə düşəcək, lakin doğru olanı etmiş olacaq. Gözəl əxlaq heç də ucuz şey deyil, çətindir gözəl əxlaq. Baha başa gələr, gözəl əxlaqlı insan da buna görə dünyada nadir olar.

