Nəfsi təmizə çıxarmaq olmaz

Qiyamət surəsi, 1-ci ayə

Qiyamət surəsi, 1-ci ayə. “And içirəm qiyamət gününə!”. Budur Qiyamət, qalx. Ayağa qalx. “And içirəm özünü qınayan nəfsə!” Özünü, nəfsini, insanın qınaması çox məqbuldur. Ağıllı olmasını təmin edər. Nəfsini təmizə çıxarsa xəstə olar, əqli tarazlığı pozular. Elə adamlar vardır, tənqid edərsən, dərhal özünü tərifləməyə başlayar. “Yox elə deyil, belədir” deyərlər. Halbuki “doğrudur, Allah razı olsun, daha yaxşı olaram, inşaAllah. Əskik, qüsurlu tərəflərimi düzəldərəm” demiş olsa, ağlın qapısı məhz oradadır. Yəni Allah qorxusu və nəfsi təmizə çıxarmamaq, nəfsi qınamaq, hətta Ələq surəsində, nəfsini ucaldan bir insandan bəhs edir.

“İnsan, onun sümüklərini Bizim qəti olaraq bir araya gətirməyəcəyimizi mi sanır?” Təbii ki, o bir araya gələn sümüklər, məzardakı sümüklər deyil, yeni bir inşa ilə Allah yaradır. Yeni bir bədənlə yaradır. Bir dəfə edirsə, min dəfə də edər, milyon dəfə də edər. Həmişə edir, Allah onsuzda etdiyini göstərir. Dünyaya daima insan təqdim edir. Hər gün dünyaya uşaq doğulur.

“Bəli; onun barmaq uclarını da yığıb-(yenidən) nizama qoymağa güc çatdıranlarıq.” Barmaq ucundakı təfərrüatlara Allah Quranda diqqət çəkir. Həqiqətən, hər kəsin barmaq ucları fərqlidir, çox heyrətamizdir, dünyadakı heç kimin barmaq izi bir-birinə bənzəmir, heç bir şəkildə. Onların təfərrüatlı olaraq yaradılmasını Allah edir.

“Ancaq insan, önündəki (sonsuz gələcəyi)ni də “fücurla davam etdirmək istəyər.” Fücura qarşı, insanda meyil vardır, nəfsində. “Qiyamət günü nə zamandır” deyə soruşar.” “Amma göz “qamaşıb sürüşdüyü,” “Ay qaraldığı,” “Günəş və ay birləşdirildiyi zaman;” Bu ayələrdə ay tutulmasına, günəş tutulmasına da işarələr var. 10-cu ayə “İnsan o gün: “Qaçış haradır?” deyər.” Qiyamət anında, qaçacaq yer axtaracaqlar. Hər yer hərəkət halındadır, onlar üçün amma bir qurtuluş yoxdur. Qiyamət tarixi ilə bağlı daha öncə paylaşım etmişdim, inşaAllah. Qiyamətə bütün zombilər öldüklərində eyni anda düşərlər, ayədə deyir ki, qiyamət küfrün başına gələr, yəni zombilərin. Ruh sahibləri isə qiyaməti yaşamazlar, cənnətdə TV izlər kimi izləyərlər sadəcə, inşaAllah.