Nəfsi tanımaq

Allahın Quranda, insan haqqında verdiyi əhəmiyyətli məlumatlardan biri də onun “nəfs sahibi”

Allahın Quranda, insan haqqında verdiyi əhəmiyyətli məlumatlardan biri də onun “nəfs sahibi” olduğudur. Ərəb dilində “insanın əsası” mənasını verən nəfs, mənlik sözü ilə də təyin oluna bilər. Rəbbimiz Quranda, insan nəfsinin iki tərəfi olduğunu bildirmişdir. Buna görə insanın içində pisliyi əmr edən bir tərəf (nəfsin fücuru) və o pis əməldən çəkinməyi əmr edən digər bir tərəf var. Bu mövzu ilə əlaqədar ayələr belədir:

And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 7-10)

Ayələrdən də aydın olduğu kimi, pis əməl hər insanın nəfsində vardır. Ancaq hər insan bu pis əməllərdən çəkinməyi və qorunmağı da bilir. Nəfsini pis əməllərdən təmizləyən xilas olacaq. Möminlər nəfslərindəki pis əməllərə təslim olmaz, Allahın ilham etdiyi şəkildə ondan çəkinirlər. Hz. Yusif (ə.s)-ın söylədiyi bir sözü xəbər verən, “Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs insana pis işləri əmr edər…” (Yusif surəsi, 53) ayəsi, möminlərin düşünmə formasını da göstərir.

Nəfs “var gücüylə pisliyi əmr edən” olduğuna görə, mömin həmişə nəfsinə qarşı oyanıq olmaq məcburiyyətindədir. Nəfs davamlı olaraq ona Allahın razılığından başqa seçimlər də təqdim edir və bu seçimləri bəzəkli göstərər. Lakin mömin, Allaha olan səmimi sevgisi və Allah qorxusu sayəsində, nəfsin bu “yoldan azdırıcı” xüsusiyyətinə aldanmaz. Həmişə Allahın razılığına uyğun bir həyat yaşamaq üçün doğrulara yönələr.

İman, nəfsə qarşı qəlməkdir.