Nəfsə uyğun din

Uca Allah Quranın bütün insanlara “qaranlıqdan nura çıxaran hidayət, rəhmət və müjdə” olduğunu

Uca Allah Quranın bütün insanlara “qaranlıqdan nura çıxaran hidayət, rəhmət və müjdə” olduğunu bildirmişdir. Rəbbimiz Quran ayələri ilə insanlara həyatı boyunca qarşılaşa biləcəkləri hər mövzuda doğru yol göstərmişdir. İnsanlar əgər Qurana tabe olsalar, daimi hüzur, xoşbəxtlik və gözəl həyat yaşayarlar.

İnsanlardan eləsi də var ki, Allaha şübhə içində ibadət edər. Əgər ona bir xeyir toxunsa, rahat olar. Əgər o bir müsibətə düçar olsa, çöhrəsi dəyişər (küfrə geri dönər). O, dünyada da, axirətdə də ziyana düşmüşdür. Açıq-aşkar ziyan məhz budur! (Həcc surəsi, 11)

Yer üzündəki bütün varlıqların tək hakimi olan Rəbbimiz yaratdıqlarını və onlara ən uyğun həyat tərzini də ən yaxşı bilir. Allah insanların fitrətini də ancaq imanı qavradıqları və Quran əxlaqına uyğun yaşadıqları təqdirdə xoşbəxt və dinc yaşaya biləcəkləri kimi yaratmışdır. Allah Quranda insanlara özlərini yaratdığı fitrətə yönəlmələrini belə bildirmişdir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz… (Rum surəsi, 30)

Bu həqiqət istisnasız bütün insanlara aiddir. İnsan ancaq onu yaradan Rəbbimizə yönəlib, Quran əxlaqını tam olaraq Onun sevgisi və razılığını qazanmaq üçün yaşadığı təqdirdə gözəl həyat yaşaya bilər. Bu, Quranın qurtuluşa aparan yol göstərici xüsusiyyətidir.

Lakin bəzi insanlar Allahdan lazımı qədər qorxmurlar. Quranı rəhbər seçmir və Allahın bildirdiyi əxlaqı tam olaraq yaşamırlar. Ayələrdə bu insanlardan soruşduqda Allaha iman gətirdikləri, ancaq dərin imanı qavramadıqları və Allaha gərəyi kimi qulluq etmədikləri bildirilir.

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” – deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?! (Yunis surəsi, 31)

Onlar: “Bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilməli deyildimi?” – dedilər. (Zuxruf surəsi, 31)

Bəzi insanlar Qurana Allahın bildirdiyi şəkildə tabe olmaq və bu nemətdən istifadə etmək yerinə, dini öz ağılları, nəfsləri ya da dindən kənar yaşayan cəmiyyətlərin müəyyən qaydalarına uyğun izah etməyə çalışırlar. Bu yolla, haqq dindən uzaqlaşmış fərqli və batil din anlayışını müdafiə edirlər. “Nəfsə uyğun din” adlandırılan bu din anlayışının ən əhəmiyyətli xüsusiyyəti bəzi insanların nəfsi istəkləri və dünya mənfəətləri ilə zidd olmayan inanc şəkli olmasıdır.

Bu saxta inanca görə, insanlar vicdanı rahatlaşdıracağına inandıqları qədər dinin yalnız bir hissəsini yaşayacaqlar, ancaq heç bir zaman bu din onların mənfəətlərinə zidd düşməyəcək, onları maddi və mənəvi cəhətdən çətinliyə salmayacaq, həyatın heç bir anında fədakarlıq etməyəcəklər. Buna görə də bəzi insanlar ibadətlərin müəyyən hissəsini yerinə yetirir, ancaq rifahı pozulduqda asanlıqla dindən üz çevirirlər.

Bu səhv fikirdə olan insanlara görə, Quran əxlaqı cəmiyyət həyatında olduqca az yer tutmalıdır və nəfsin rahatlığı üçün onlara heç bir narahatlıq verməməlidir. Beləliklə, insanlar yeri gəldikdə nəfsin istəklərini vicdani narahatlıq hiss etmədən yerinə yetirə biləcək: ədalət, dürüstlük, yaxşılıq və düzgünlükdən asanlıqda üz çevirə biləcəklər.

Nəticə etibarı ilə, belə cəmiyyətdə bəzi insanlar heç kimin fikirləri ilə razılaşmadan, axirəti düşünmədən qurduqları eqoist nizam-intizam içində istək və əyləncələrə heç nə mane törətməyəcək və heç bir mövzuya reaksiya vermədən rahatca yaşaya biləcəklər. İnsanların Allaha qulluq və iman etmələri, Quran əxlaqını yaşayıb-yaşamamaqları onları maraqlandırmayacaq.

Nəfsə uyğun dini müdafiə edənlər, insanları Allahın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək yerinə, ətrafında bu saxta dinin təbliğini edirlər. Həm özlərini, həm də ətrafındakı insanları bu yanlış din anlayışının etibarlılığına inandırmağa çalışırlar.

Halbuki nəfsin razılığı və rahatlığı üzərinə qurulan belə din anlayışı qətiyyən doğru deyil. Allah bir ayədə buyurur:

De: “Siz dininizi Allaha öyrədirsiniz? Halbuki Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyi biləndir”. (Hucurat surəsi, 16)

Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 53)

ayəsində nəfsin insanları pis yola sürükləyən xüsüsiyyətlərini bildirmişdir.

De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam surəsi, 162)

ayəsində iman gətirənlərin həyatının hər anı, etdikləri hər işin Allahın əmr etdiyi şəkildə olduğunu bildirmişdir.

Allahın razılığını qazana bilmək üçün bəzən nəfsinin rahatlığından uzaq durmaq lazımdır. Necə ki, Allah Quranda dünya həyatının insanların sınanmaları üçün yaradıldığını, bu məqsədlə də bir çox hadisələrlə sınanacaqlarını bildirmişdir:

O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

İnsan dünya həyatında nemətlər və çətinliklər qarşısında Quran əxlaqına ən uyğun şəkildə davranmalı və bütün bunlar qarşısında səbirlə Allahın razılığını axtarmalıdır. Allah başqa bir ayədə belə bildirir.

İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” – deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir. (Ənkəbut surəsi, 2-3)

Həqiqi iman Allahın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün hər şeyi gözə almağı tələb edir. Allahın razılığı qazanmaq üçün isə nəfsin istəklərini məğlub etməyi, səbirli olmağı və çətinliklərə sinə gəlməyi tələb edir.

Bunlarla yanaşı, Allah Quran ilə bütün insanların bir-birlərini yaxşılığa çağırıb pislikdən çəkindirmələrini bildirmişdir. İman sahibi insan sırf insanlara xoş olsun deyə, bu məsuliyyətini yerinə yetirməkdən imtina etməz. İnsanların gözəl əxlaq, ədalət, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş gördüklərini bildikləri halda, buna tamaşaçı qalmaz. Quranda möminlərin bu əxlaqı belə bildirmişdir:

Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)

Başqalarından çəkindikləri üçün dini lazımı kimi yaşamamaq, Quranda bildirilən məsuliyyətlərini yerinə yetirməmək müsəlmanlara yaraşmaz. Quranda iman gətirənlərin Allahın razılığına uyğun yaşamaları üçün qınanmaqdan çəkinmədikləri bildirilir:

Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Maidə surəsi, 54)

Bir insanın səmimi dindar olması və həyatını Allahın razılığına uyğun şəkildə keçirməsi cəmiyyətdəki bəzi insanlar tərəfindən qəbul olunmaya bilər. Ancaq unutmamaq lazımdır ki, səmimi din anlayışında ölçü “insanların rizası” deyil. Həqiqi iman sahibi ətrafındakı insanların nəfslərinə zidd getməmək, yaxud da onların razılığını itirməmək adına əsla Allahın razılığından üz çevirmirlər. Hər insan Allahın hüzuruna tək başına çıxacaq, dünya həyatında etdikləri üçün tək başına hesab verəcək. İnsan ancaq Allahın razılığı üçün etdiyi saleh əməllərlə Rəbbimizin məmnuniyyətini, rəhmətini və cənnətini qazana bilər.

Bundan başqa, əgər insanların belə batil bir din anlayışı hədəfləri “rahat həyat yaşamaq”dırsa, bunu da bu yolla əldə etmələri heç cür mümkün deyil. Allah, tam əksinə, bu insanlar üçün dünyada “çətin həyat” olduğunu bildirir. Həqiqi hüzur, xoşbəxtlik və rahatlıq ancaq Allahın insanlar üçün seçib bəyəndiyi din əxlaqını yaşanması ilə əldə edilə bilər. Allah Quranda bu həqiqəti insanlara belə bildirir:

Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik. (Taha surəsi, 124)