Hər cür pis əməli və ondan çəkinməyi bilən nəfs insanın içindəki əmr edici gücdür. Yəni insana bir hərəkəti etdirən, bir qərarı verdirən mənəvi güc olan nəfsdir. Allah Quranda nəfsin bu iki xüsusiyyətini belə bildirmişdir.
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. (Şəms surəsi, 7-9)
Ayələrdə insanların əxlaqsızlığından, etdikləri pis əməllərdən danışarkən bu davranışın qaynağı olaraq nəfsi göstərir. Nəfs insanın ən böyük düşmənlərindən biridir. Nəfs qürurlu, xəsis və eqoistdir, davamlı olaraq öz arzu və həvəsini, öz qürurunu təmin etmək istəyər, öz rahatlığını, öz mənfəətini, öz məmnuniyyətini düşünər. İstəklərinə həmişə qanuni yollarla qovuşa bilməyəcəyi üçün də insana var gücü ilə pis əməli əmr edir. Bu həqiqət Quranda belə açıqlanır:
“Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 53)
Nəfsin insana var gücü ilə pis əməli əmr etməsi Allahdan qorxan möminlər üçün çox əhəmiyyətli sirdir. Bu, nəfsin oyunlarının bir an belə bitməyəcəyini, davamlı olaraq insana pis əməli əmr edərək bütün gücü ilə onu Allahın yolundan sapdırmağa çalışacağını göstərir. Bu sirrə görə nəfs heç bir zaman susmayacaq, hər mövzuda özünü haqlı görəcək, bütün insanlardan daha çox sevəcək, böyüklənəcək, hər cür nemətin özünün olmasını istəyəcək, rahatlığına düşkün olacaq, qısaca Allahın bəyəndiyi əxlaqın tam tərsini insana yaşada bilmək üçün hər yolu tətbiq edəcək.
Necə ki, inkar edənlərin, Quran əxlaqına uymayanların rəftarı və əxlaqı tamamilə nəfsləri tərəfindən formalaşdırılır. Onlar Allahdan qorxmadıqları üçün vicdanın əmr etdiyinə uyacaq iradəni göstərə bilməz, sadəcə nəfslərinin əmr etdiklərinə uyarlar. Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə baş verən müharibələrin, mənfəət qarşıdurmalarının, bədbəxtliklərin mənşəyində hər kəsin nəfsinə uyaraq yalnız öz mənfəətini düşünməsi, həqiqi sevgi, hörmət, fədakarlıq kimi insani xüsusiyyətlərini tamamilə itirməsi dayanır.
Buna görə də, Allahın bildirdiyi bu sirr çox əhəmiyyətlidir. Əgər insan bu sirri unutmasa nəfsinə qarşı tədbir ala bilər. Ona əsasən bir əxlaq və rəftar göstərə bilər. Nəfs tənbəlliyi əmr etsə onu qat-qat daha çox işlədərək, nəfs eqoizmi əmr etsə daha fədakar olaraq, nəfs xəsisliyi əmr etsə daha comərd olaraq, nəfsin əmr etdiyi hər cür pis əməldə əksinə olan ən yaxşı rəftarı yerinə yetirərək onu öyrədə bilər.
Allah Şəms surəsindəki ayələrdə, nəfsə pis əməllərlə bərabər bu pis əməllərdən çəkinməyi də ilham edildiyi bildirilmişdir. Yəni insanın nəfsində pis əməlləri və əxlaqsızlıqları əmr edən, bunları asan və gözəl göstərən bir səslə bərabər, yaxşı və gözəl olanı seçməsini də əmr edən vicdanı var. Hər insan içindəki bu səsləri bilər və hansının yaxşı, hansının pis olduğunu tanıyar, ancaq sadəcə Allahdan qorxub çəkinənlər vicdanına uyarlar.

