İnsanlar nəfsə əhəmiyyət vermirlər. Halbuki, nəfs insanın içində yerləşdirilmiş xüsusi güc, mənfi bir gücdür. Allah verməsin insanı dəli edər, cinayətə, intihara sövq edə bilər. Bütün bu fəlakətlər, bəlalar həmişə nəfsin təsiri ilə olur. Bir zərərinin olmayacağını düşünər. Nəfs səni sürüyər, boğar.
Nəfsi üçün yaşayan səmimi ola bilməz. Başqasının yaxşılığı üçün yaşayan səmimidir.
Müsəlmanın cənnətdəki məqamı münafiqlərlə, şeytanla, nəfslə fikri mübarizə ilə yüksəlir.
Bir insan nəfsini dəli kimi müdafiə edirsə, bu əqli xəstəlikdir. İnsan orada dayanmalıdır, Allaha sığınmalıdır. “Mən necə bu qədər anormal bir insan ola bilərəm?” deməlidir. Qarşı tərəfi ağıllı şəkildə dinləməlidir. Müsəlman, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməyə meyillidir. Buna görə də ağlı çox gözəl inkişaf edər.
İnsanın özünü tənqid etməsi, nəfsini təmizə çıxartmaması, müsəlmanı vəli xarakterli edər, üstün edər. Özünü qınaması onu ağıllı və sağlam edər. Özünü ucaltdıqca xəstə olur. Havalanar. Özünü qınasa, nəfsini tənqid etsə ucalar, açılar, ağıllı olar.
Nəfs və şeytan Allaha düşmən yaradılmışdır. Lakin hər ikisi də möminin cənnətinə vəsilə olarlar.
Nəfs, qısqanclıq və eqoizm nəticəsində bədəndə anormal hərəkətlər baş verir. Bir zərər vermədiyini zənn edir. İnsanı məhv edər. İntihar edənlərin təhrikedici gücü nəfsdir. Onları dəli edib intihara sövq edir. Cinayətdə də nəfsə uyğun olduğu üçün cinayət törədir.
Allah ilk öncə nəfsə təcavüzkar, qeyri-normal, yanlış duyğuları verir, amma ondan qorunmağın yollarını da Quranın xətti ilə göstərir. Onsuz da imtahan sisteminin əsasında bu dayanır. Nəfsə olduqca təhlükəli baxıb, ayıq və diqqətli olmaq lazımdır. Hər şeydə Allahın rizasının ən çoxu nədir, onu axtaracağıq.

