Necə müasir olmalıyıq? – Bəxtiyar Vahabzadənin dilindən

Bizim bayrağımızda üç rəng var…

Başda türk, göy rəng… İkinci qırmızı, müasirlik… Üçüncü yaşıl, İslam…

Müsəlmanlığımızı da qoruyaq… Türklüyümüzü də qoruyaq… Müasirliyimizi də saxlayaq.

Müasir millət olaq… Müasir dünyanın ən qabaqcıl millətlərindən biri olaq… O müasir elmlərə yiyələnək… Amma özlüyümüzü unutmayaq… Kimliyimizi unutmayaq… Bilək biz kimik!