Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)
Görmə hadisəsi çox mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq seli, gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir vasitəsilə beyinin arxa hissəsindəki “görmə mərkəzi” adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir sıra əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü olaraq qəbul edilir. Yəni görmə əslində beyinin arxasındakı kiçik, işığın heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq bir nöqtədə yaşanır.
İnsan, “görürəm” deyərkən, əslində gözünə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynində meydana gətirdiyi “təsiri” görür. Yəni “görürəm” deyərkən, əslində beynindəki elektrik siqnallarını seyr edər.
Oxuduğunuz yazı da, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Bu həqiqət, digər duyğularımızla əldə etdiyimiz hisslər üçün də keçərlidir.

