Necə görürük?

Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Şükür edəsiniz deyə Allah sizə qulaqlar, gözlər və qəlb bəxş etdi. (Nəhl surəsi, 78)

Görmə hadisəsi mərhələli şəkildə baş verir. Görmə zamanı cisimdən gələn işıq şüaları gözün önündəki linzadan keçir, sınır və gözün arxasındakı torlu qişaya düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilən bu vizual impulslar sinirlər vasitəsilə beynin arxasındakı “görmə mərkəzi” adlanan kiçik bir sahəyə çatır. Bu elektrik siqnalı bir sıra əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi qəbul edilir. Yəni, görmə aktı əslində beynin arxasındakı heç bir işığın daxil ola bilmədiyi kiçik, qapqaranlıq bir nöqtədə baş verir.

İnsan “görürəm” dedikdə, əslində gözlərinə çatan impulsların elektrik siqnallarına çevrilərək beynində yaratdığı “təsiri” görür. Yəni, “görürəm” dedikdə, əslində beynindəki elektrik siqnallarını izləyir. Oxuduğunuz kitab, üfüqə baxdığınız zaman gördüyünüz ucsuz-bucaqsız mənzərə, hamısı bu kiçik yerdə baş verir. Bu həqiqət digər duyğu orqanlarımızla əldə etdiyimiz hisslər üçün də keçərlidir.