Nə Üçün Sınanırıq (İmtahan Oluruq)?

Allah dünyada Özünə iman edənlərlə etməyənləri bir-birindən ayırmaq və iman edənlərdən də hansının daha gözəl davranacağını müəyyən etmək üçün insanları sınayar. Buna görə bir insanın “mən iman etdim” deməsi yetərli deyil. İnsanın yaşadığı müddət boyunca, Allaha olan imanı və bağlılığı, dindəki qərarlılığı qısacası, Allaha qarşı səbri xüsusi olaraq yaradılan şərt və mühitlərdə sınanar. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)