Nə üçün sınanırıq (imtahan oluruq)?

Allah dünyada Özünə iman edənlərlə etməyənləri bir-birindən ayırmaq və iman edənlərdən də hansının daha gözəl davranacağını müəyyən etmək üçün insanları sınayar. Buna görə bir insanın “mən iman etdim” deməsi kifayət deyil. İnsanın həyatı boyunca Allaha olan imanı və sədaqəti, dindəki qərarlılığı və bir sözlə, Allaha qulluq etməkdəki səbri xüsusi olaraq yaradılmış şərait və mühitlərlə sınanır. Allah bu həqiqəti ayələrindən birində belə bildirir:

O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)