Allah dünyada Özünə iman edənlərlə etməyənləri bir-birindən ayırmaq və iman edənlərdən də hansının daha gözəl davranışlarda olacağını müəyyən etmək üçün insanları sınayar.
Buna görə bir insanın “mən iman etdim” deməsi kifayət deyil. İnsan yaşadığı müddət boyunca Allaha olan imanı və bağlılığı, dindəki qərarlılığı, qısacası Allaha qulluqdakı səbri xüsusi olaraq yaradılan şərt və mühitlərdə sınanır.
Allah bu həqiqəti bir ayəsində belə bildirir:
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
