Bəzi insanlar müəyyən günlərdə və ya dövrlərdə Quran oxuyarlar və Quran ayələrindən xəbərdardırlar. Ancaq bu kəslər Quranı “oxumaq”la kifayətlənər, beləliklə də, boynuna düşən vəzifəni yerini yetirdiklərini düşünərlər. Əlbəttə ki, “Quran oxumaq” bir ibadətdir və yerinə yetirilməsi zəruridir. Ancaq oxunanları həyata keçirmək, gündəlik həyata tətbiq etmək də çox əhəmiyyətli bir ibadətdir.
Quranın “dövrə uyğunlaşdırılmasının” lazım olduğunu irəli sürən bəzi cahil kəslər isə, Quranın hər dövrü və hər cəmiyyəti əhatə etdiyi xüsusiyyətini görə bilməmişdirlər. Quranı açıq bir zehinlə oxuyan adam görər ki, Quranda izah edilən insan və cəmiyyət xüsusiyyətləri, bu gün də daxil olmaqla tarixin hər dövrünü izah edir.
Din əxlaqından uzaq cəmiyyətlərin etdikləri bütün səhvlər, pozulmalar və azğınlıqlar Quranda izah edilər, həmin cəmiyyətlərin dinə qarşı göstərdikləri reaksiyalar təsvir edilər, xarakterləri haqqında məlumat verilər. Bu məlumatlar hazırkı dövrə də uyğun gəlir və bu da Quranın hər dövrə xitab edən möcüzəvi istiqamətini bir dəfə daha sübut edir.
Quranı tətbiq etmək məqsədiylə oxuyan və əlindən gəldiyi qədər tətbiq etməyə başlayan bir adam (belə ki, o artıq bir “mömin” olma yolundadır) gün keçdikcə Quranın həyatın hər anını necə əhatə etdiyini heyrətlə və Qurana olan inamı artaraq görəcək. Quranda imanlı insanın qarşılaşacağı hadisələr və bu hadisələr qarşısında göstərməli olduğu rəftarlar ən incə nöqtəsinə qədər təsvir edilmişdir. Quranı ancaq “oxumaq”la kifayətlənib, tətbiq etməkdən imtina etmək isə insanı zənn ediləndən daha pis bir mövqeyə salır.
Allah bir ayədə belə buyurur:
Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz. (Cümə surəsi, 5)

