And olsun kafirlərin canını zorla alanlara! And olsun möminlərin canını rahatlıqla alanlara! And olsun göydə üzdükcə üzənlərə! And olsun ötdükcə ötənlərə! And olsun buyruqları yerinə yetirənlərə! O gün lərzəyə gələn lərzələnəcək, onun ardınca təkrar lərzələnəcək. Həmən gün qəlblər qorxudan tir-tir əsəcək. Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq. Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik? Sümüklərimiz çürüdükdən sonra?” Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”. O surun üfürülməsi təkcə qorxunc bir səsdir. O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar. (Naziat surəsi, 1-14)
Naziat Surəsi, 1-14-cü Ayələr
