Namazın faydası

Namaz, Allahın Quranda fərz etdiyi əhəmiyyətli ibadətdir

Namaz, Allahın Quranda fərz etdiyi əhəmiyyətli ibadətdir. Allah namazlarında davamlı olanlara və diqqətli davrananlara mükafat verəcəyini bildirir. Allah Quranda namaz qılanların sahib olacaqları bir qazancın daha olduğunu belə bildirmişdir:

(Ey Peyğəmbər!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək (namaz) ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

Allahın ayəsində bildirdiyi kimi, namaz qılanlar çirkin əxlaqsızlıqlardan və pis əməllərdən uzaq durarlar. Allah onların qəlbinə bu cür pis əməllərdən uzaq durmalarını ilham edər.

Quranda bildirilən namaz ibadətini diqqətlə yerinə yetirən insan, Allahdan qorxan insandır. Hər gün Rəbbimizin hüzurunda qiyam edən, səcdə və rüku edən insan duyduğu hörmət dolu qorxu ilə əlbəttə pis əməllərə də yaxınlaşa bilməz. Vicdanı Allahın icazəsi və ilhamı ilə bu insanın pis işlərə, çirkin utanmazlığa yönəlməsinə mane olar. Belə bir insan bir anlıq pis əməl belə etsə, Rəbbimizin hüzurunda dua edərkən, Onun sonsuz qüdrətini düşünərkən etdiyi pis əməli görər və tövbə edərək bunlardan bir daha dönməmək üzrə uzaqlaşar.