İmandan sonra gələn ən əhəmiyyətli ibadətlərdən olan üç vaxt namaz, möminlərə həyatları boyunca davam etdirmələri əmr edilmiş, vaxtları təyin olunmuş bir ibadətdir.
İnsan hər unutmağa və qəflətə düşməyə uyğun bir varlıqdır. İradəsini istifadə etməyib özünü gündəlik hadisələrin axışına qapdırsa əsil diqqətini verməli və ağlında tutmalı olan mövzulardan uzaqlaşar. Allahın hər istiqamətdən özünü əhatə etdiyini, hər an özünü izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allaha verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, qədərdən kənarda heç bir hadisənin meydana gəlməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək, həyatının əsil məqsədini xatirindən çıxara bilər.
Gündə üç vaxt qılınan namaz isə, bu unutqanlıq və qəfləti yox edər, möminin şüurunu və iradəsini canlı tutar. Möminin daima Allaha yönəlib dönməsini təmin edər və Yaradıcımız olan Allahın əmrləri istiqamətində həyat yaşamasına köməkçi olar. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan mömin, Rəbbimiz ilə güclü bir mənəvi əlaqə qurar. Namazın insana Allahı xatırlatdığı və insanı hər cür pislikdən çəkindidiyi bir ayədə belə bildirilir:
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

