Namaz qılanda, dəstəmaz alanda, təvəkkül edəndə, Allahı ananda, Quran oxuyanda xoşbəxt olursan, başın açılır, çünki zəif varlıqsan

Əsl xoşbəxtlik yalnız Allaha səmimi qəlblə yönəlməklə mümkündür

Böyük əksəriyyət xoşbəxtliyi və rahatlığı yoldaşları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında istədiyi müvəffəqiyyəti əldə edərək, məktəbdə müvəffəqiyyətli olaraq, səyahət edərək, sevdiyi işlərlə əylənərək, yaxşı bir karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunlar kimi dünyada özlərinə hədəf olaraq seçdikləri dəyərləri qazanaraq əldə edəcəklərini düşünürlər. Halbuki xoşbəxtliyi keçici və çox qısa olan dünya həyatında axtaran insanlar nə edirlər-etsinlər, hansı yollara baş vururlar-vursunlarhəsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. Bir çox insanlar xəyalını qurduğu xoşbəxtliyin təyin etdikləri dəyərlərlə qazanılamayacağını görə bilməzlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən birdən qəflətən sona çatar. “İstədiyim hər şeyi əldə etdim, amma hələ xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?” “Həqiqi xoşbəxtliyi tapmaq bu qədər çətindirmi?” deyə özlərinə sual verərlər,amma çox vaxt bu problemin cavabını tapa bilməzlər.

Halbuki istədikləri hər şeyi əldə edib xoşbəxtliyə çata bilməmələrinin səbəbi çox sadədir. Bu problemin cavabında Allahın çox böyük bir sirri gizlənib. Allah Qurani-Kərimdə xoşbəxt ola bilməyin yalnız səmimi bir iman ilə Allaha dərin bir bağlılıq, güclü bir Allah qorxusu və Allah sevgisi ilə mümkün olduğunu bildirir. İnsan özünü, bütün kainatı, keçmişdə və gələcəkdə var olan hər şeyi yaradan Uca Allaha yaxın olduğunda, Allaha ürəkdən və səmimi bir imanla bağlandığında, Allah o adama xoşbəxtliyin yolunu açar. Səmimiyyətlə yönələn hər kəsə Uca Rəbbimiz olan Allah gözəlliklə, nemətlə, rahatlıqla, əmin-amanlıqla və xoşbəxtliklə cavab verər.

Allahın bir insana verəcəyi ən böyük nemətlərdən biri imandır. İman sahibi olan bir insan dünyanın bütün nemətlərindən uzaq olsa, ən böyük çətinliklərlə imtahan olunsa, hər şey əleyhinə kimi görünsə belə, imanın qəlbindəmeydana gətirdiyi rahatlıq və xoşbəxtliyi hiss edər. Allah Onayönələn hər bir insanın qəlbinə rahatlıq və dinclik, ruhuna isə xoşbəxtlik verər. Allaha yönəlməyən, Allahın razı qalacağıbir həyatı yaşamayan insanın (özü əksinə iddia etsə də) xoşbəxt olması qeyri-mümkündür. Allah imtahanın bir gərəyiolaraq belə bir insana da dünya nemətlərindən verə bilər. Bu adam kənardan baxdıqda bir çox nemət və gözəlliklə əhatə olunmuş kimi görünə bilər. Ancaq ruhuna daimhəsrətini çəkdiyi xoşbəxtliyi yaşada bilməz. Allah Qurani-Kərimin Rəd surəsinin 28-ci ayəsində belə buyurur: O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!

Allah hər dəfə zikr edildikdə qəlb fərəhlənər. Allahu-Əkbər deyərsən, sonsuz böyük gücün himayəsi altında olduğunu görüb beynin hüzurlu olar, gündəlik bütün dərdlərindən xilas olarsan. Allahı böyük adı ilə zikr etdiyin zaman dərdlər üzərindən gedər, Allahın böyük olduğunu unutduğun zaman dərdlər üzərinə yüklənər. SübhənAllah deyərsən, Allahın bütün qüsur və nöqsanlardan uzaq olduğunu düşünərsən. Bəziləri Allaha sığınır, lakin haşa Allahın gücünün əksik olduğunu zənn edir. Allah yorulmaz, yatmaz, bezməz. Allahın əksikliyinin olmadığını bilmək, xatırlamaq böyük rahatlıqdır. Əlhamdülillah deyərsən, Allaha həmd etdiyin zaman fərəhlənərsən və nemət artar. Əstəğfürullah dediyin zaman Allahın mərhəmətinə sığınarsan, nə böyük gözəllikdir.
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır.