Quranda, namazın möminlərə vaxtları müəyyən bir ibadət olaraq fərz qılındığı bildirilir. Ayədə belə buyrulur:
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı lazımi qaydada qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103)
Namaz vaxtları, “səhər”, “günorta”, “axşam” olmaq üzrə üç vaxtdan ibarətdir. Namaz vaxtları bir çox Quran ayəsində açıq şəkildə bildirilmişdir. Bunlardan biri belədir:
Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (Taha surəsi,130)

