Müxalif olmamaq, uyğunlaşmaq

Bəzi insanlar digərləri ilə müqayisədə daha çox sevilir və daha çox üstünlük verilir

Bəzi insanlar digərləri ilə müqayisədə daha çox sevilir və daha çox üstünlük verilir. Bunun əsas səbəblərindən biri bu insanların uyğunlaşmağın əhəmiyyətini bilmələridir.

Hər kəs həyatı boyu uyğunlaşmağa meyilli olmayan insanlarla tez-tez qarşılaşır. Bu insanlar ətrafında olub-bitən və danışılan hər mövzuda “müxalifət ruhu” içindədirlər. Əsl məqsədləri həqiqəti tapmaq, səhvləri düzəltmək, yersiz bir hərəkətin icra olunmasına əngəl olmaq və ya daha yaxşı bir alternativ irəli sürmək deyildir. Heç bir səbəb olmadan, məntiqli və ya məntiqsiz, hər şeydə “əks fikir” tapıb irəli sürməkdir.

Şübhəsiz ki, bu insanları “müxalifət ruhu”na vadar edən və bu “tərsliklə” yaşamalarına təşviq edən şeytandır. Şeytan insanı vicdanlı, ağıllı, təvəkküllü, şüküredici, xoş görüşlü, Allahın yaratdıqlarından razı olan, ətrafına qarşı gözəl əxlaq göstərən bir insan olmasını istəməz. Özü kimi üsyankar, nankor, təvəkkülsüz, şükür etməyən, uyğunlaşmayan, başqalarına tabe olmayan, təvazökarlıq göstərməyən bir insan olmasını istəyər.

Şeytanın təsiri altına girən insanlar hər yerdə və hər bir mövzuda bu xüsusiyyətləri ilə diqqət çəkirlər. Məsələn, bir qrupda hər kəsin qərar verdiyi ortaq bir fikrə həmin insan etirazını bildirər, bununla razı olmaz. Hər kəs əylənərkən o bir kənara çəkilər. Gözəl zarafat edilərkən hər kəs güldüyü halda, o, gülməz. Bir söhbət olduğunda o, səssiz qalmağa üstünlük verər. Hər kəs çölə çıxdığında o evdə qalmaq istəyər. Hər kəs yatdığında o, oyaq qalıb nə isə etmək istəyər. Bir şeyi bəyənib bəyənmədiyi soruşduqda qüsur axtarar. Bir mövzuda fikrini aldıqda “ağlıma bir fikir gəlmir” kimi qarşı tərəfi narahat edən cavab verər. Bir problem həll edilməyə çalışdığında vəziyyəti daha da çətinləşdirər. Çox cüzi fədakarlıq ediləsi məsələ olduğunda əsla yaxın durmaz, bunun yerinə başqasının fədakarlıq etməsini istəyər. Ondan kömək istəyəndə bəhanələrlə bunu etməkdən çəkinər. Ətrafında o qədər gözəllik olduğu halda, mənfi tək bir tərəfi dilə gətirib durar. Hər şeydən şikayət edər.