Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək şəkildə açıq və sadə bir üslubla izah edilmişdir. Bunlara möhkəm ayələr adı verilir. Möhkəm ayələr, Quranda bildirildiyi kimi, “Kitabın anası” yəni əsasıdır. Möhkəm ayələr xaricində Quranın bir də mütəşabih ayələri vardır. Mütəşabih ayələr, müxtəlif təşbeh və bənzətməli izahatlar ehtiva edən ayələrdir. Mütəşabih ayələr, Quran haqqında məlumatı olmayan və ya pis niyyətli kəslər tərəfindən tamamilə səhv göstərilib, mümkün olmayan mənalarda izah oluna bilər.
Mütəşabih ayələrin mənaları Allah qatındadır. Tarixən Qurandakı mütəşabih ayələri müxtəlif səhv məqsədləri və istəkləri əsasında şərh edən azğın kəslər, məzhəb və cərəyanlar mövcud olmuşdur. Bunun fitnə olduğu və ancaq qəlbində xəstəlik olan, yəni doğru yoldan sapan, imanını itirən kəslərin bu yola girdikləri ayədə bildirilmişdir. Həmçinin, ayədə, mütəşabih ayələrin şərhini ancaq Allahın bildiyi də ifadə edilmişdir. Allah istədiyinə bu ayələrin şərhiylə əlaqədar elm verə bilər. Ancaq iman gətirənlər özlərinə elm verilməyən mütəşabih ayələrin hamısına inanarlar, qəlbində xəstəlik olanların və fitnə törədənlərin etdikləri kimi ayələr haqqında azğın izahlar etməyə cəhd göstərməzlər.

