Atatürkün gözəl əxlaqı tətbiq etdiyi din siyasətində də təsirli olmuşdur. Atatürk xalqın mənəvi tərəfini qüvvətləndirməyə çalışmış, xalqın ancaq bu şəkildə istənilən rifah və hüzura çatacağını müdafiə etmişdir və belə demişdir:
“Hissiyyatı və vicdani düşüncələri elm və fənlə bəsləyib öyrədərək cəmiyyətin həqiqi hüzur və səadətinə çalışmaq ülvi baxışdır.”
Bənzərsiz lider Atatürkün ölkəni idarə etdiyi müddət ərzində dinə etdiyi ən yaxşı xidmət dinin doğru başa düşülməsi və yaşanması üçün ciddi mübarizə göstərməsidir. Bu məqsədlə Atatürk, Diyanət İşləri Nazirliyini qurmuşdur. Xurafatçılığa qarşı çıxmış və Quranın doğru başa düşülməsi üçün Türk dilinə tərcümə edilməsini təmin etmişdir.
Atatürk Qurani Kərimə də böyük hörmət və itaətlə bağlı bir insan idi. Qurandan danışarkən dəfələrlə “kitabı ekmel”, yəni “ən mükəmməl kitab” ifadəsindən istifadə etmişdir. Atatürkə görə Quranın aydın oxunmalı, yalnız divarlarda bəzək kimi saxlanılan bir kitab olmamalı idi. Mustafa Kamal xurafatları silmək, ağla, fənnə, məntiqə uyğun dediyi həqiqi İslamın izah edilməsini təmin etmək istəyirdi. Bu səbəblə, Quranın başa düşülməsi üçün Türk dilinə tərcümə edilməsinə qərar verdi. Atatürk bu istəyini belə dilə gətirmişdir:
“Türklər dinlərinin nə olduğunu bilmirlər. Bunun üçün Quran Türkcə olmalıdır.”
“Türk Quranın arxasınca qaçır, lakin onun nə dediyini bilmir. Və bilmədən tapınır, mənim məqsədim kitabda nələr olduğunu Türkün anlamağıdır.”
Bu məqsədlə, Quran Türk dilinə tərcümə edilmiş, Atamızın əmrləri ilə Cümhuriyyətimizin ilk on beş ilində Qurani Kərimin tərcüməsi və təfsiri haqqında 9 əsər nəşr olunmuşdu. Atatürk Dolmabahçe sarayında da Quran oxutdurmuş, ayələri oxuyub izah etdirərək mənası üzərində araşdırmalar aparmışdır.
“Bütün dünyanın müsəlmanları Allahın son peyğəmbəri hz. Məhəmmədin (s.ə.v.) göstərdiyi yolu izləməli və verdiyi təlimatları tam olaraq tətbiq etməlidirlər. Bütün müsəlmanlar Məhəmməd (s.ə.v.)-i nümunə götürməli və özü kimi hərəkət etməli; İslamiyyətin hökmlərini olduğu kimi yerinə yetirməlidirlər. Çünki ancaq bu şəkildə insanlar xilas ola bilər və inkişaf edə bilərlər.”
(Hanif Fauk, “Atatürk Urduca Yayınlardan”, Ankara Üniversitesi Basımevi, Ankara, 1979, səh. 102)
“Din vardır və lazımdır, dinsiz millətlərin davamına imkan yoxdur. Türk xalqı daha dindar olmalıdır. Yəni bütün sadəliyi ilə dindar olmalıdır. Dinimə şəxsən həqiqətə inandığım kimi inanıram…”
(Mustafa Baydar, “Atatürkle Konuşmalar”, İstanbul, 1955, səh. 979)

