Mustafa Kamal Atatürk

Dünyəvilik və din azadlığı

Dünyəvilik ümumi mənası ilə din və dünya, din işləri ilə dövlət işlərinin bir-birindən ayrılması, beləliklə, cəmiyyət içində inanc və ibadət sərbəstliyinin təmin edilməsi deməkdir. Atatürk dünyəvilik qanununu da milli birlik və bərabərliyin təmin edilməsi istiqamətində, dövlətin gələcəyi və mövcudiyyəti üçün əhəmiyyətli görmüşdür. Dünyəvilik qanunu ilə milli iradənin inteqrasiya olunmasında asanlıq təmin edilir.

Dünyəvilik qanunu ilə fərdlərin ibadət və inanma azadlıqları da qanunla qorunar; şəxslərə inanmaları, ya da inanmamaları üçün edilən təzyiqlər ortadan qaldırılar. Beləliklə, insanların bir-birlərinə tolerant baxmaları təmin edilər. Dünyəvilik, bu istiqaməti ilə də İslam dini ilə uyğundur. Çünki dində, məcbur etməklə və mənfəətlər qarşılığında edilən ibadətlərin dəyəri yoxdur. Dində Allaha yönəlik Allah rizası üçün edilən ibadətlər dəyərlidir.

Bunlarla bərabər dünyəvilik qanunu qətiyyən dinə qarşı deyil. Atatürk bir çıxışında bu mövzu ilə əlaqədar belə demişdir:

“Dünyəvilik əsla dinsizlik olmadığı kimi, saxta dindarlıq və cadugərliklə mübarizə qapısını açdığı üçün həqiqi dindarlığın inkişaf etməsini təmin etmişdir. Dünyəviliyi dinsizliklə qarışdırmaq istəyənlər, irəliləmə və canlılığın düşmənləri ilə gözlərindən pərdə qalxmamış şərq qövmlərinin mövhumatçılarından başqaları ola bilməz.”

Yenə Atatürk:, “Mövhumatçılıq sinfinin din dəllallığına icazə verilməməlidir. Dindən maddi mənfəət təmin edənlər iyrənc şəxslərdir. Məhz bu vəziyyətə qarşıyıq və buna icazə vermirik” deyərək, milli birlik və bərabərliyi ortadan qaldıracaq olan bu cür ayrı-seçkiliyə güzəştə getməyəcəyini göstərmiş olar.

blank